FAT: "İsrail fələstinliləri rəsmi ittiham irəli sürmədən birbaşa həbsxanaya göndərir"

img

01-12-2023 [09:04]


İsrail İordan çayının qərb sahilində saxladığı fələstinli məhbusların 80 faizinə heç bir rəsmi ittiham irəli sürmədən inzibati qaydada həbs edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının (FAT) Məhbuslar Cəmiyyətinin rəhbəri Kaddura Faris Ramallahda keçirdiyi mətbuat konfransında danışıb.

İsrail qüvvələrinin oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində minlərlə fələstinlini heç bir səbəb göstərmədən özbaşına saxladığını qeyd edən Farisin sözlərinə görə, bu insanların mütləq əksəriyyəti dindirilmədən, istintaq aparılmadan birbaşa həbsxanaya göndərilir: "Bununla belə, İsrailin həbsxanalarda fələstinli məhbuslara qarşı amansız rəftarı daha da şiddətlənib. Nəticədə oktyabrın 7-dən bu yana 6 fələstinli həbsxanada həyatını itirib, yüzlərlə məhbus müxtəlif xəsarətlər alaraq, əlilə çevriliblər".

Cəmiyyət sədri deyib ki, son 45 gündə saxlanılan fələstinlilərin sayı 3365 nəfəri ötüb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq