PREZİDENT ONU YÜKSƏK VƏZİFƏYƏ TƏYİN ETDİ - Sərəncam

img

29-11-2023 [16:40]


Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində təyinat olub.

Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, İldırım İmran oğlu Vəliyev bu vəzifəyə gətirlib.

Xatırladaq ki, İldırım Vəliyev 2019-cu ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasında baş məsləhətçi vəzifəsinə təyin edilib.Qeyd edək ki, İ.Vəliyev bu təyinatadək Baş Prokurorluğun Fövqəladə Hallar nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində rəis müavini vəzifəsini tutub.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı sərəncamla general-polkovnik Ramil Usubov Təhlükəsizlik şurasının katibi təyin edilib.

Xatırladaq ki, təxminıən 15 gün əvvəl nazir Mədət Qulİyev Ramil Usubovun müavini təyin olunub.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR