Ziyad Səmədzadə plagiat qalmaqalı yaşadı - professor institutdan qovuldu

img

11-06-2014 [11:00]


Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda unikal hadisə baş verib: professor plagiata görə qovulub.

Bakupost.az-a xəbər verir ki, Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri, akademik Ziyad Səmədzadənin rəhbərlik etdiyi "İqtisadiyyat" qəzetində institututun iki əməkdaşının həmmüəllifliyi ilə məqalə dərc edilib. Lakin məqalə Moskva nəşrlərindən birindən olduğu kimi köçürülübmüş.

Oğurluq yazı böyük rezonans doğurub. Çünki, təkcə müəlliflik hüquqları pozulmayıb, həm də nəşrin imici zədələnib.

Dünən İqtisadiyyat İnstitutunda məsələ ilə bağlı iclas keçirilib, əməkdaşların hərəkətləri pislənilib və müxtəlif cəzalar təklif edilib.

Nəhayət, hər iki əməkdaş cazəlandırılıb. Plagiat məqalənin müəlliflərindən birinə töhmət verilib, oğurluğun təşəbbüskarı kimi çıxış edən professor Ağadadaş Qafarov isə işdən qovulub.

Bu, Azərbaycanda professorun plagiata görə işdən qovulması ilə bağlı ilk hadisədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA