ABŞ-da bir qrup siyasətçi və sənət adamı aclıq aksiyasına başlayıb - Ağ Evin qarşısında (FOTOLAR)

img

28-11-2023 [12:06]


ABŞ-da bir qrup yerli siyasətçi, ictimai fəal və aktyor Qəzzada daimi atəşkəs tələbi ilə Ağ Evin qarşısında 5 günlük aclıq aksiyasına başlayıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, aclıq aksiyasının iştirakçıları Qəzzada baş verən hücumlara və humantir fəlakətə diqqəti çəkərək, bunların qarşısının alınmasıı tələb edirlər.

Amerikalı aktrisa Cynthia Nikson, həmçinin Nyu-York və Delaver kimi ştatların yerli siyasətçiləri,  aparıcı müsəlman və yəhudi qeyri-hökumət təşkilatlarının fəalları tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, dayanmayacaqlarını elan ediblər.

Nyu York Əyalət Nümayəndələr Palatasının üzvü Zöhran Mamdani Qəzzada atəşkəsn daha 2 gün uzadılmasını alqışladıqlarını ifadə edib: "Ancaq daimi atəşkəsə ehtiyac var. Biz birlikdə bütün ailələrin yaşadığı bir dünya üçün mübarizə aparırıq. Buna nail olmağın yolu müharibə deyil, sülhdür".

Firudin Səfərli

MİA.AZ

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq