Azərbaycanlı namizəd Gürcüstanda qeydiyyata alındı - VİDEO

img

10-06-2014 [20:56]


Gürcüstanda Marneuli rayonunun icra başçısı postuna namizədliyi təsdiqlənməyən azərbaycanlının iddiasına məhkəmədə baxılır. 

ANS-in Gürcüstan bürosundan verilən məlumata görə, yerli hakimiyyət seçkilərində Marneuli İcra başçılığına namizədliyi rədd edilən azərbaycanlı Əhməd İmamquliyev bu qərarına görə Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib. Hər iki tərəfin iştirak etdiyi məhkəmə iclası 3 saata yaxın davam etsə də qərar çıxarılmayıb. 

Qərarın bu gün keçiriləcək növbəti məhkəmə iclasında veriləcəyi gözlənilir. Əhməd İmamquliyevin təmsil olunduğu Vahid Milli Birlik Partiyası isə azərbaycanlı namizədlərinin məhkəmədə udacağına inanırlar. 

Vahid Milli Hərəkat Partiyasının lideri Qoqa Qabaşvili bildirib ki, analoji duruma "Gürcü arzusu" nümayəndələri də düşüb. "Onlar Tiflis şəhər məhkəməsinə şikayət etdi və məhkəmə onların xeyrinə qərar verdi. Bizim namizəd Əhməd İmamquliyev onlardan heç nə ilə fərqlənmir. Yeganə fərq ondan ibarətdir ki, o müxalif partiyanın nümayəndəsidir. Əhməd İmamquliyev azərbaycanlı olduğuna görə belə sıxışdırılır”. 

Onun sözlərinə görə, parlamentin sədri Davit Usupaşvili Mərkəzi Seçki Komissiyasının rəhbəri Xatuna Qoqorişviliyə şəxsən müraciət edib ki, Əhməd İmamquliyevin namizədliyini rədd etsinlər.

Azərbaycanlı namizəd Əhməd İmamquliyev bildirib ki, Davit Usupaşvili xanım Xatuna Qoqorişvili ilə regional təhlükəsizlik barədə söhbət etdiyini deyib. "Belə nəticəyə gəlmək olar ki, regionda 85% azərbaycanlıların yaşadığına görə və mən azərbaycanlı namizəd olduğuma görə bu maneələr yaradılır. Yəni onlar yerli əhaliyə imanmırlar. Hazırki hakimiyyət bizim icra başçısı və ya başqa vəzifə sahibi olmağımızı istəmir”. 

Mərkəzi Seçki Komissiyasının nümayəndəsi isə onların qərarında heç bir milli zəmin olmadığını, MSK-nın qanun çərçivəsində hərəkət etdiyini bildirir.(ANS).

Son məlumata görə, soyadaşımızın namizədliyi məhkəmə qərarı ilə qeydə alınıb. Mia.az xəbər verir ki, o, iyunun 15-də keçiriləcək seçkidə iştirak edən yeganə Azərbaycanlı olacaq.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA