Aİ komissarı İsraili tənqid elədi: "Dəhşətə gəldim, bu, özünümüdafiə deyil"

img

27-11-2023 [14:30]


Avropa İttifaqının Ali nümayəndəsi Josep Borrell İsrailin davranışlarına qarşı çıxıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Borrell sosial media hesabındakı son paylaşımında İsraili tənqid edib: “Müharibənin ortasında İsrail hökumətinin yəhudilər üçün daha çox qeyri-qanuni yaşayış məntəqələri tikmək üçün yeni vəsait ayırmağa hazırlaşdığını öyrənəndə, dəhşətə gəldim.

Bu, özünümüdafiə deyil və İsraili daha təhlükəsiz etməyəcək. Qanunsuz məskunlaşmalar Beynəlxalq İnsan Haqlarının ciddi şəkildə pozulması və İsrailin ən böyük təhlükəsizlik problemidir".

Xatırladaq ki, İsrail illərdir Fələstin toorpaqlarında qanunsuz şəhərlər sdalır və ora dünyanın müxətlif ölkələrindən yəhudiləri köçürür.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq