Hafiz Hacıyev: "İqbal Ağazadənin ETTALAT agentləri ilə birgə şəkilləri var"

img

10-06-2014 [18:25]


"Xatırlayırsınızsa, hələ 2003-cü ilin oktyabr hadisələrində İqbal Ağazadə, İsa Qəmbər və bu kimi satqınlar qrupuna aid olan daha bir neçə nəfər həbs edilmişdilər. Lakin həmin həbsdən sonra, müəyyən xarici təzyiqlər vasitəsilə o, həbsdən azad edildi”. Bu sözləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev "Ümid” Partiyasının sədri İqbal Ağazadənin xarici kəşfiyyata işləyən agent olması barədə mətbuatda gedən informasiyalara münasibətini bildirərkən deyib.

MMP sədrinin fikirncə, İğbal Ağazadənin boynunda tökülən qanların da günahı var: "Hansı ki, həmin zamanlar İqbal Ağazadə İsa Qəmbərin dəstəkçisi qismində "Azadlıq” Meydanının tribunasına çıxaraq, başıpozuq kütlələri dövlət çevrilişinə çağırırdı. Onu da unutmaq olmaz ki, məhz İqbal Ağazadənin səyi nəticəsində həmin vaxtlar qan töküldü, ölüm-itim halları yaşandı. Təbii ki, bu kimi faktorlar Azərbaycanda maraqları olan xarici dairələrə sərf edirdi. Ona görə də tam əminliklə deyirəm ki, İqbal Ağazadə hətta anadan olandan üzü bu yana xarici kəşfiyyat orqanına işləyir”.

Hafiz Hacıyev "Ümid” sədrinin maddi imkanlarının da haradan qaynaqlanması barədə sual edərək bildirdi ki, bu gün də, bundan əvvəlki illərdə də onu maliyyələşdirən xarici qüvvələr olub: " Gəlin məsələyə bir başqa kontekstdən yanaşaq. Bu gün İqbal Ağazadədə olan maddi imkan, maliyyə vəsaiti haradandır? O, bu kimi vəsaitləri kimlərdən alıb, haraya xərcləyir? Ümumiyyətlə, bu adam yaşadığı lüks mülkünü, əmlakını hansı vasitələrlə əldə edib? Məhz bu baxımdan, vurğulamaq istərdim ki, İğbal Ağazadə İran kəşfiyyatı ilə sıx təmasdadır. Hətta onun adıçəkilən dövlətin gizli kəşfiyyat orqanı olan ETTALAT agentləri ilə birgə şəkilləri var.

Nəticədə İqbal Ağazadə ötən ilki prezident seçkilərində də çox iyrənc vasitə ilə təbliğat kampaniyasına qoşuldu. Dövlətçiliyə, ölkəyə qarşı ağlına gələni danışdı. Soruşanda ki, bəs niyə belə edirsən, deyirdi ki, mən özümdə bir müxalifətçi lideri amilini formalaşdırıram. Ancaq göründüyü kimi, o xaricdən ona verilən təlimatları yerinə yetirirdi. Bu gün onunla birgə Əli Kərimli də, İsa Qəmbər də, Pənah Hüseyn də neçə illərdir ki, müxtəlif xarici ölkələrin kəşfiyyat orqanlarına canla-başla xidmət edirlər. Çünki bunların xəmiri satqınlıqla yoğrulub”.

Hafiz Hacıyev İqbal Ağazadənin bu millətə vəkillik etməyə layiq olmadığını da deyərək bildirib ki, əslində bu adam çox qısa zaman kəsiyində ulduz kimi parladı və söndü: "Təssüf ki, indi o "millət vəkili” adı altında parlamentdə oturub. Şəxsən mən, bu titulu ona yaraşdırmıram. Yəni İqbala himayədarlıq edən hansısa dayısı indi də onu deputat edib. Bundan sonra ona şanslar yaradıldı və ulduz kimi parlamağa başladı. Ancaq o uzun müddət ulduz kimi parlaya bilməyərək, söndü. İndi də onun ifşası yavaş-yavaş gündəmə çıxmağa başlayıb. Düşünürəm ki, bu gün Azərbaycanın hüquq-mühafizə orqanlarında, milli təhlükəsizlik orqanlarında İqbal Ağazadə haqqında çox ciddi kompromatlar var və yaxın zamanlarda xalq onun hansı məzhəbə xidmət etdiyini açıq şəkildə görəcək”.

Qeyd edək ki, bugünlərdə mətbuatda "Ümid" Partiyasının sədri İqbal Ağazadənin "Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin yaradılmasında maddi dəstək göstərdiyi barədə informasiyalar yayılıb. Eyni zamanda qeyd edilib ki, adıçəkilən təşkilat İranın xüsusi xidmət orqanları tərəfindən yaradılıb və oraya həmin orqanlarla yaxınlıq edən şəxslər cəlb edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA