Şəmkir korpusunun generalı yoxlamalardan danışdı

img

10-06-2014 [17:39]


Azərbaycanın Hərbi Hava Qüvvələrinin (HHQ) keçmiş komandan əvəzi, Müdafiə Nazirliyinin Şəmkir Ordu Birləşməsi komandirinin müavini, general-mayor Altay Mehdiyev sözügedən korpusda yoxlamalar aparılması və istefaya göndərilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

General-mayor A.Mehdiyev publika.az-a açıqlamasında deyib ki, hazırda o, Şəmkir Ordu Birləşməsi komandirinin müavini vəzifəsini icra edir:

"Heç yerə getməmişəm, hazırda Rövşən Əkbərovun müaviniyəm.Şəmkir korpusunda da heç bir yoxlama aparılmır. Hər şey tam qaydasında gedir. Yuxarıdan gəlib, baxıb gedirlər. Bu, yoxlama deyil. Sadəcə, bizə köməklik göstərirlər”.

Xatırladaq ki, AzNews.az-a daxil olan məlumata görə, müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Rövşən Əkbərovun komandiri olduğu 3-cü Ordu Korpusunda (Red: Şəmkir Ordu Birləşməsi) gözlənilmədən yoxlamalara başlanılıb.

Nazirliyin Baş İnspeksiyası tərəfindən aparılan yoxlamalarqoşun növünün bütün istiqamətləri – maddi-texniki təminat, döyüş hazırlığı və digər sahələr üzrə həyata keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA