Şahin Mustafayev Çinin ölkəmizdəki səfiri ilə görüşüb

img

23-11-2023 [14:37]


Baş nazirin müavini Şahin Mustafayev Çinin ölkəmizdəki səfiri Qo Min ilə görüşüb.

Mia.az xəbər verir ki, görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin siyasi, ticarət-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirilib.

Həmçinin nəqliyyat-tranzit sahəsində qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi, xüsusilə də "Kəmər və yol" təşəbbüsünün, eləcə də Orta Dəhlizin ən vacib hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun birgə təşviqinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə hüquq-müqavilə bazasının təkmilləşdirilməsi, eləcə də əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi məqsədilə yaxın zamanlarda imzalanması nəzərdə tutulan bir sıra sənəd layihələri müzakirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA