İslam Partiyasından Şeyxə dəstək gəldi - MÜNASİBƏT

img

10-06-2014 [12:52]


"Bu cür sözləri nəinki Şeyx, bir Azərbaycanlı və müsəlman kimi hamımız deməliyik”.

Bu sözləriXeberLent.azinformasiya agentliyinə Azərbaycan İslam Partiyasının səd əvəzi Elçin ManafovQMİ sədri Şeyx Allahşükür Paşazadənin Qərb dövlətləri müsəlmanları bir-birinə qarşı qoymaqda ittiham etməsi fikirlərinə münasibət bildirərkən deyib.

Cənab Manafov bundan savayı, ölkənin müxalif düşərgəsində bunu etirazla qarşılayan insanlara da sözünü çatdırdı:

"Əslində biz, bu cür çıxışı Allahşükür Paşazadə cənablarından çoxdan gözləyirdik. Şeyxin bu cür addım atması təqdirəlayiqdir. Çünki o, sıravi vətəndaşdan və dindardan öz statusu və adı ilə fərqlənir. Ancaq bu cür sözləri nəinki Şeyx, bir Azərbaycanlı və müsəlman kimi hamımız deməliyik. Hamı çox gözəl və yaxşı bilir ki, Qərb dövlətləri doğurdan da müsəlmanları bir-birlərinə qarşı qoymaq istəyirlər.Hazırda dünyada islamofobiya və müsəlmanlar arasında parçalanma yaratmaq cəhdləri var və bu, göz qabağındadır. Misal üçün, Suriyanı göstərmək olar. Hər iki tərəfdən döyüşənlər müsəlmanlardır, hər iki tərəfdəkilər də Allah üçün vuruşduqlarını iddia edirlər. Bu cür qarışıq vəziyyəti yaradanlar kimlərdir?! Təbii ki, bu cür addımların arxasında sionistlər dururlar.

QMİ sədrinin bu çıxışına mənfi münasibət bəsləyənləri isə mən başa düşə bilmirəm. Axı biz də müsəlman ölkəsində yaşayırıq. Suriya və digər müsəlman ölkələrinin başına açılan bu oyunlar, bir gün bizim də başımıza açıla bilər. Əgər, dövlətimizə qarşı istər Qərb, istərsə də digər yerlərdən təhlükə gələrsə, başda ölkəbaşçısı, daha sonra biz torpaqlarımızı müdafiə etməliyik. Bu torpağı qorumaq hamımızın borcudur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA