Vüqar Rəhimzadə: "Gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik və kimə borcluyuq"
21-11-2023 [11:35]
"Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradılmasından 31 il ötür. Əbəs yerə deyilmir ki, zaman hadisələrə düzgün dəyər vermək üçün zəngin mənbədir. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir. Həmin dövrün reallıqları bir daha təsdiqlədi ki, müstəqilliyin əldə edilməsi nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Həmin illərin çətinlikləri, xalqın üzləşdiyi faciələr, eyni zamanda, hər bir ölkənin inkişafında lider amilinin roluna da işıq saldı. Dövlətinin, xalqının gələcəyini düşünən lider ölkəsini daim uğurlara doğru aparar. Lakin həmin illərin iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, ən əsası hakimiyyətdə olanların şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı uçurumun kənarına gətirmişdir.
Belə bir çətin dövrdə Azərbaycanın taleyi üçün narahat olan ziyalılar öz sözlərini dedilər. Adları tarixə «91-lər» kimi yazılan həmin ziyalılar « Azərbaycan Sizin sözünüzü gözləyir!» müraciəti ilə o illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyevə üz tutdular. Azərbaycanı gözləyən təhlükələrdən qoruya biləcək gücə, təcrübəyə, idarəçilik qabiliyyətinə malik olan Ulu Öndər Heydər Əliyevdən respublikanı düşdüyü vəziyyətdən çıxarmaq üçün xilaskarlıq missiyasını yerinə yetirməyi xahiş etdilər. Müraciətdə bu mühüm məqam xüsusi qeyd olunmuşdur ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz. Bu tarixi missiyanı yerinə yetirmək üçün Yeni Azərbaycan Partiyasının yaradılması təklifini irəli sürən ziyalılar təşkilata rəhbərliyə ən layiqli namizədin Ümummilli Lider Heydər Əliyev olduğunu bildirdilər və dahi rəhbərdən bu təşəbbüsə razılıq verməsini xahiş etdilər. Ziyalıların müraciətinə verdiyi “Yeni, müstəqil Azərbaycan uğrunda!” cavabı ilə xalqının yanında olduğunu bir daha nümayiş etdirən dahi şəxsiyyət Heydər Əliyev vurğulamışdı ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli, genişplanlı iş aparılmasını və respublikanın bütün ictimai-siyasi, sosial, iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir.
Bu möhtəşəm vəzifələri isə Vətənini, xalqını canından artıq sevən, müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirərək onun qorunub saxlanılmasını qarrşıya mühüm vəzifə kimi qoyan Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət yerinə yetirə bilərdi. Belə də oldu".
Mia.az xəbər evrir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, “91-lər”in üzvü, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradıldığı dövrün, ümumilikdə Azərbaycanın müstəqillik tarixinin hər bir mərhələsinin tarixi paralellər fonunda təhlilini vermək, indiki və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. O dövrü bilməyən, həmin dövrü yaşamayan hər kəs Azərbaycanın hansı çətinliklərdən xilas olduğunu və bugünümüz üçün kimə borclu olduğumuzu bilməlidir. Bu, dövlət başçısı İlham Əliyevin çağırışlarında da özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayındakı proqram xarakterli nitqində fəaliyyəti bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, yaradılmasını zəruri edən səbəblərdən geniş bəhs edərək bildirmişdir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, partiyanın qurucusu Ulu Öndər Heydər Əliyev YAP yarandığı gündən “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışını etməklə bu siyasi təşkilatın gələcəyinə böyük inamını ifadə etdi. İllər keçdikcə partiya atdığı addımlar, irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlarla milyonların sevgisini, rəğbətini qazandı. Sözlə əməl birliyi YAP-ı cəmiyyətin avanqard qüvvəsinə çevirdi. “Güclü dövlət, yüksək rifah!” devizi partiyanın fəaliyyətinin əsas prinsipinə çevrildi. 1992-ci ilin 21 noyabr tarixində respublikanın müxtəlif bölgələrindən 550 nəfər nümayəndənin iştirakı ilə təsis konfransını Naxçıvanda keçirən YAP-ın üzvlərinin sayı bu gün 800 minə yaxındır. Bu, müasir müstəqil Azərbaycan dövlətinin qurcusu, Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqliyin, Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir. Azərbaycan xalqının mənafelərinə xidmət edən və ən çətin məqamlarda ölkə vətəndaşlarını düşündürən problemlərin həllində, mühüm islahatların aparılmasında avanqard rolunu xidmətləri ilə təsdiqləyən Yeni Azərbaycan Partiyası ötən 31 ildə sadiq qaldığı siyasəti ilə ümumxalq partiyası olduğunu sübut etdi. Ulu Öndər Heydər Əliyevə ümumxalq məhəbbətinin təzahürü kimi qısa müddətdə ətrafına yüz minlərlə üzv, tərəfdaş toplayan partiya zamanın tələbinə uyğun, zərurətdən yaranmış avanqard siyasi təşkilat olduğunu qüdrətli Azərbaycanın bugünkü simasında göstərdi, müstəqilliyimizin ideoloji təminatçısı kimi də etimadı doğrultdu. Heç bir çətinlikdən, məsuliyyətdən qorxmayan, milli məfkurənin, sağlam təfəkkürün formalaşması, suverenliyin əbədiliyi naminə qətiyyət göstərən partiyanın lideri Heydər Əliyevin şəxsi nüfuzu, qazandığı ümumxalq etimadı və hörməti insanlarda bu partiyaya inamı daha da artırdı.
Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün YAP ölkədə milli birlik və həmrəyliyin yaranıb inkişaf etməsində də aparıcı siyasi qüvvə kimi öncüllüyünü əməli fəaliyyəti ilə doğruldur. Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu əsas hədəf budur: Azərbaycan daha da qüdrətlənməli, insanların həyat səviyyəsi daha da yüksəlməli, sabitlik, davamlı inkişaf əsas prinsip kimi diqqətdə saxlanılmalı, ölkəmizin dünya birliyində mövqeyi durmadan möhkəmlənməlidir. Ən çətin dövrlərdə yeganə ümid yeri kimi Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsini nicat yolu seçən xalq sonrakı dövrlərdə yanılmadığını Ulu Öndərin siyasi məktəbinin layiqli yetirməsi Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləməklə bildirdi. Heç də təsadüfi deyil ki, 2003-cü ildən başlanan yol Ulu Öndərin müəyyənləşdirdiyi Böyük Yolun davamı kimi diqqətdədir. 20 il Azərbaycanın çoxəsrlik tarixinə biri-birindən möhtəşəm səhifələri yazdı. Ən əsası qətiyyətli dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tariximizin şanlı Zəfər səhifəsini yazdı.
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, 31 illik yolun uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Tarixi Zəfərimiz və son üç ildə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi istiqamətində atılan addımlar, onların uğurlu nəticələri bu yolun aydın mənzərəsini yaradır. Partiyanın VII qurultayı YAP-ın qarşısında dayanan yeni hədəflər müəyyənləşdirdi. Tarixi Zəfərimizin fonunda keçirilən qurultay yeni qərarların qəbulu, rəhbər orqanların yeni tərkibinin formalaşması, yeni Nizamnamənin qəbulu ilə gələcək barədə aydın proqrama malik olduğunu ortaya qoydu. Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı fəaliyyətini müasir dövrün çağırışlarına uyğun quraraq yeni-yeni hədəflərə doğru inamla addımlayır. Dövlət başçısı, YAP Sədri cənab İlham Əliyev partiyanın VII qurultayında belə bir əminliyi də ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Vüqar Rəhimzadə qeyd edib ki, 2021-ci ilin sonlarında təsdiqlənən partiyanın yeni Proqramı qarşıdakı dövrün bütün hədəflərini özündə əks etdirir. Bu hədəflərə nail olmaq üçün əsas çağırış budur: “Biz birlikdə güclüyük!” Hazırda işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımızın qayıdış ünvanlarının sayı gündən-günə artır. Bugünümüzün qürurverici hadisələrindən biri Azərbaycan Bayrağının Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə, bütövlükdə Qarabağın hər bir güşəsində dalğalanmasıdır. Dövlət başçısı İlham Əliyev Zəfər Günündə Xankəndidə keçirilən hərbi paradda böyük qürur hissi ilə bildirdi: “20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.”
YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməni aparıb ki, 31 ilin uğurları yeni-yeni hədəflərə doğru inaila addımlamağa stimul verir. “Yeni müstəqil Azərbaycan uğrunda” çağırışını bu gün “Biz birlikdə güclüyük!” əvəz edir.
MİA.AZ
İsrail Suriyanı yenə bombalayıb
Şimali Kipr Türk Respublikasında şirin su qaynağı tapıldı
Polşa ilə Macarıstan arasında diplomatik gərginlik - Səfir geri çağırıldı, əlaqələr minimuma endirildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyevlə Berdiməhəmmədov Şuşada naharda - FOTOLAR
Ermənilər Bakıda məhkəmədə: Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan, Levon Mnatsakanyan... - FOTOLAR
II və III ixtisas qrupları üzrə qəbulun nəticəsi açıqlandı: kimlərin nəticəsi ləğv edilib? - Ən yüksək bal toplayanlar bəlli oldu
Laçın meşəliyində yanğən: Sus kənd sakini olan 3 nəfər saxlanıldı - Rəsmi məlumat yayıldı (Yenilənib)
"İsrailin təcavüzü bütün bölgəyə təhlükə yaradır" - Ərdoğan Əhməd Şara ilə müzakirə aparıb
"Rizespor" Ali Sou ilə müqaviləni yeniləyib
"Beşiktaş" bu transferi ləğv etdi - RƏSMİ AÇIQLAMA
"Napoli" Noa Lanqla anlaşıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Məşhur jurnalistin ittiham aktı bəlli oldu - Nə qədər həbs gözləyir?
Fransanın Baş Qərargah rəisi Ankaraya gəlib - FOTO
Böyük Britaniyada seçki: səsvermə yaşı 16-ya endirildi
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Rəsmi Moskva: "Ukraynadan təkliflər gözləyirik"
Rəsmi Pekin İsraili qınayıb - "Suriyanın suverenliyinə hörmət edin!"
Pakistanda sel - Son 24 saatda 28 nəfər ölüb, 90 nəfər yaralanıb
Zəfərimiz - Heydər Əliyev ideyalarının təntənəsidir
Üç fələstinlinin evi partladılıb, toqquşma olub - Yaralılar var
Kəngərli kəndinə daha 43 ailə köçürülüb (Yenilənib)
Cude Bellinqhem futboldan 3 ay uzaq olacaq
"Brentford" 34 yaşlı futbolçunu transfer edib
"Leyptsiq" Yohan Bakayoko ilə anlaşıb
"Kocaelispor" Bruno Petkoviçi transfer edib
"Sakaryaspor" sol cinah müdafiəçisi transfer edib
Zədədən yeni sağalan Neymar qol atdı
Davinson Sançesə İtaliya liqasından təklif var - 20 milyon avroluq
YAP-da dəyişiklik - Mərkəzi Aparat rəhbərinə müavin təyin olunub
EXPARGO-nun gətirdiyi uşaq qidası zay çıxıb - Şikayət
Əliyev və Berdiməhəmmədov Yeni Şuşa məscidinin tikintisi ilə tanış olublar - FOTOLAR
Respublika çempionu kanalda boğulub
Sabah isti hava olacaq
Cəbrayıl könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb
Maykl Cordan ofsiantlara elə məbləğdə şirinlik verdi ki...
"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirildi – VİDEO, FOTOLAR
Azərbaycan və Qazaxıstan XTQ heyəti arasında döyüş təcrübə mübadiləsi aparılıb - Açıqlama
Qəzzada daha 85 nəfər ölüb