10-06-2014 [11:08]
QAT sədrinin müavini Fəridə Əsgərova, İdarə heyətinin üzvləri Nəsib Cəfərov və Paşa Dadaşov Gürcüstanın Azərbaycandakı səfirinin müavini İrakli Svanidze ilə görüşüblər.
Təşkilatdan Mia.az-a verilən məlumata görə, görüşdə QAT sədri Akif Nağının Türkiyə-Gürcüstan sərhəddində saxlanılması, Gürcüstana buraxılmaması ilə bağlı məsələ müzakirə olunub. Gürcüstanlı diplomat bu insidentlə bağlı araşdırma aparıb cavab verəcəklərini bildirib. QAT üzvləri təşkilatın Gürcüstan xarici işlər nazirinə ünvanladığı məktubu da səfirliyə təqdim ediblər.
Məktubda deyilir:
"Qarabağ Azadlıq Təşkilatının sədri Akif
Nağının 2014-cü il iyunun 6-da Türkiyəyə səfərdən qayıdarkən Sarpi keçid məntəqəsində
Gürcüstan nümayəndələri tərəfindən saxlanılması, Gürcüstana buraxılmaması və
Türkiyəyə geri qaytarılması ilə bağlı Sizə müraciət edirik. Biz bu insidenti Qarabağ Azadlıq Təşkilatına,
bütövlükdə Azərbaycan xalqına qarşı hörmətsizlik kimi dəyərləndirir və dərhal
bu məsələyə aydınlıq gətirliməsini? Akif Nağıdan, Qarabağ Azadlıq Təşkilatından
üzr istənilməsini tələb edirik.
Nəzərinizə çatdırırıq ki,
Akif Nağı başda olmaqla Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü bu il mayın
14-dən 21-nə qədər Gürcüstanda səfərdə olub, müxtəlif səviyyələrdə Cənubi
Qafqaz, o cümlədən Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya problemləri, Rusiya
və Ermənistanın işğalçı siyasəti ilə bağlı konfranslar, dəyirmi masalar, görüşlər
və digər tədbirlərdə iştirak edib. Bu tədbirlərdə Azərbaycan və Gürcüstanın
birgə hərəkət etməsinin zəruriliyi, güclü və unitar Gürcüstan dövlətinin
vacibliyi vurğulanmış, eyni zamanda göstərilmişdir ki, ermənilər zaman-zaman Cənubi
Qafqaz xalqlarının birliyinə zərbə vurmuş, həm azərbaycanlılara, həm də gürcülərə
xəyanət etmişlər, bu gün də Rusiyanın əlində alət rolunu oynayır, Azərbaycanın
torpaqlarını işğal altında saxlayır, Gürcüstanda separatçı hərəkatı gücləndirməyə
çalışır, Gürcüstanın Sadaxlı – Xuludərə, Marneuli – Təkəli bölgələrində azərbaycanlılara
qarşı təxribatlar törədir, Georgi Vanyan, Arnold Stepanyan, Van Bayburt kimi
erməni "xadimlər”inin əli ilə azərbaycanlılarla gürcülərin arasına ixtilaf
salmağa çalışır, təxribat xarakterli müxtəlif tədbirlər, məsələn Azərbaycan şəhəri
Şuşanın işğalının ildönümü günündə guya həmin şəhərin "azad edilməsi günü” adı
ilə tədbir keçirməyə cəhd göstərirlər.
Biz həmin səfərin gedişində ermənilərin bu hərəkətlərini
pisləmiş və gürcü həmkarlarımızla müxtəlif isqtiqamətlərdə əməkdaşlığa dair
razılıq əldə etmişik. Biz hesab edirik ki, bu yöndə fəaliyyətimiz erməni
"xadimlər”in xoşuna gəlməyib, ona görə də Gürcüstanın hakmiyyət orqanlarında
olan ermənilər, xüsusilə də, gürcü familiyalı ermənilər Akif Nağıya qarşı belə
bir təxribata əl atıblar. Bu yalnız erməni təxribatının nəticəsi ola bilər.
Qarabağ Azadlıq Təşkilatının və onun sədrinin Gürcüstanla bağlı elə bir sözü və
ya hərəkəti olmayıb ki, bu cür addıma səbəb olsun.
Hörmətli cənab səfir.
Xahiş edirik ki, bu məsələyə
tezliklə aydınlıq gətirəsiniz və bizə cavab verəsiniz. Biz bu məsələnin tezliklə
aydınlaşdırılmasını, günahkarların cəzalandırılmasını istəyir və məsələ ləngiyərsə,
Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyalarının keçiriləcəyini
istisna etmirik".
Bakıda narkotiacirlər saxlanıldı
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"