Böyük Britaniyanın dövlət naziri Bakıya gəlir

img

20-11-2023 [11:39]


Noyabrın 20-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa regionu üzrə dövlət naziri Leo Dokertinin Cənubi Qafqaz regionuna səfəri başlayır.

Mia.az xəbər verir ki, L.Doçerti regiona səfəri çərçivəsində Ermənistan, Gürcüstan və Azərbaycanda olacaq.

O, Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə edəcək, regionda uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün ölkələr arasında birbaşa sülh danışıqlarının təcili aparılmasının zəruriliyini vurğulayacaq(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA