AFFA: "Romelu Lukaku üzr istədi, dedi ki..."

img

20-11-2023 [10:55]


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Azərbaycan millisinin səfərdə Belçikaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda Dövlət Himninin səhv səsləndirilməsinə münasibət bildirib.

Bu barədə “Report”a AFFA-nın Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli açıqlama verib.

O, ilk olaraq İsveç himninin səsləndirildiyini xatırladıb:

“Sonra söylədilər ki, matça başlayın. Bizimkilər dedi ki, o zaman oynamırıq. Federasiya rəsmiləri aşağı düşdülər ki, himn səslənməsə, meydandan çıxacağıq. Ondan sonra Himnimizi səsləndirdilər. DJ səhvən ötən görüşdən qalma İsveçin himnini verib. Belçika yığmasının üzvü Romelu Lukaku üzr istədi, dedi ki, biz gözləyirik, problem yoxdur. Himn səslənsin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA