Akşenerdən partiyasındakı istefalara bağlı sensasiyalı iddia: "Elmi yaman, Bəymi yaman? Görəcəyik"

img

20-11-2023 [00:20]


 "İstefalar İYİ Partiyaya qarşı planlı hücumdur".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri İYİ Partiyanın sədri Meral Akşener partiyasındakı istefalarla bağlı suala cavab verərkən deyib.

İYİ Partiya lideri iddia edib ki, ölkədə hotel sahibləri olan polis rəisləri var: "Bu hotel sahibi olan polis rəisləri orada yetim,kimsəsiz qızları işlədirlər. Bu isə fahişəlikdən də betər bir məsələdir. Biz onlara qarşı olduğumuz üçün İYİ Partiyaya qarşı psixoloji müharibəyə başlayıblar.

Keçmiş daxili işlər naziri olaraq, bizə qarşı bu kampaniyanı xüsusi təqib edirəm. Bəyan edirəm ki, əsla onların davranışlarına səbrlə yanaşmayacağıq.  Onlar unudur ki, mərhum Teoman Komanın tələbəsi ilə üz-üzə gəlirlər. Elmi yaman, Bəymi yaman? Görəcəyik".

Zülfiyyə

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA