ABŞ-dan Azərbaycana qarşı daha bir qərar - Senat ölkəmizə hərbi yardımı qadağan edən aktı qəbul edib

img

16-11-2023 [19:41]


ABŞ Senatı “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib.

Akta əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı"na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Başqa sözlə, sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur.

Sənəd, digər məsələlərlə yanaşı, Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verir.

Sənədin müəllifləri senatorlar Robert Keysi, Harri Piters, Bill Kessidi, Cin Şeyhin, Con Kennedi, Co Rikets, Marko Rubio və Kris Van Hollendir/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 17.07.2025

Sabah isti hava olacaq