09-06-2014 [17:00]
Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktubla müraciət edib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan həmin müraciətdə deyilir:
"Hörmətli cənab Prezident!
Son illərdə, Sizin rəhbərliyinizlə, əhalinin rifah halının yüksəldilməsinə, o cümlədən ölkə regionlarının sosial-iqtisadi inkişafına yönələn addımlar nəzərəçarpan və real nəticələr verməkdədir. Mən bu işdə Sizə və xalqımıza yeni uğurlar arzulayır və bildirirəm ki, bir vətəndaş kimi bu yöndə səylərinizi hər zaman dəstəkləməyə hazıram.
Cənab Prezident! Bu müraciətimlə Sizin diqqətinizi həllini vacib saydığım bir məsələyə cəlb etmək istərdim. Deputat seçildiyim dairə ölkəmizin Ermənistanla birbaşa həmsərhəd bölgələrini əhatə edir. Sərhəd zolağında, düşmən tərəfdən vaxtaşırı atəşə tutulan ərazilərdə onlarla yaşayış məntəqəsi yerləşir, minlərlə soydaşımız orada tikir, qurur, əkib-becərir, övlad böyüdür. Misal kimi, may ayının sonlarında seçicilərimlə görüşə getdiyim Tovuz rayonunun Hacıallar kəndini göstərə bilərəm. Bu kəndin sakinləri sərhəd bölgəsində, Ermənistanla təmas xətti yaxınlığında yaşayır və davamlı olaraq düşmən atəşinə məruz qaldıqlarını bildirirlər. Müşahidələrim və sakinlərlə apardığım söhbətlər də göstərir ki, əhali doğrudan da düşmənin atəş zonasında, risk altında yaşayır, torpaqdan faydalanmaqda çətinlik çəkir, əsas fəaliyyətləri olan əkinçilik və heyvandarlıqla lazımi səviyyədə məşğul ola bilmir. Bu isə son nəticədə onların gəlirlərinin azalmasına səbəb olur və həyat şəraitlərinə mənfi təsir göstərir.
Məhz ona görə görüşə gələnlər bir səslə atəş bölgəsində qeyri-normal şəraitdə yaşadıqlarını nəzərə alaraq, istifadə etdikləri elektrik enerjisinin və təbii qazın dəyərinin ödənilməsindən qismən azad olunmalarını və ya büdcədən müəyyən kompensasiyanın ayrılmasını xahiş edirdilər. Düşünürəm ki, onların xahişləri əsaslıdır və bu cür riskli şəraitdə yaşayan soydaşlarımıza müəyyən güzəştlərin tətbiq edilməsi dövləti maraqlarımıza da tam uyğun olardı. Onu da qeyd etmək istəyirəm ki, bütün çətinləklərə baxmayaraq, insanlarımız ata-baba yurdlarını tərk etmək, digər bölgələrə köçmək istəmirlər və zənnimcə, bu, təqdirəlayiq bir mövqedir.
Dünyada buna oxşar vəziyyətlər az deyil. Yəni, hətta aralarında, hərbi münaqişədən sonra, atəşkəs rejimi olan dövlət və bölgələrdə sərhəd zonasında yaşayan əhali üçün müəyyən stimul və güzəştlər tətbiq olunur. Məsələn, Qəzza bölgəsi ilə təmas zolağında yaşayan əhali üçün İsraildə xüsusi "Sderot qanunu” qəbul edilib. Bu qanuna əsasən, təmas xəttindən 7 kilometr məsafəyədək yerləşən yaşayış məntəqələrinin əhalisi vergi, rüsum, investisiya, səhiyyə, mədəniyyət və təhsil məsələlərində güzəştlərə malikdir.
Məndə olan məlumata görə, Gürcüstan hökuməti də Cənubi Osetiya və Abxaziya ilə həmsərhəd yaşayış məntəqələri üçün stimul və güzəştlər sistemi hazırlamaqdadır.
Nəzərə alsaq ki, təkcə birbaşa Ermənistanla sərhəddə yox, onların zəbt etdikləri torpaqlarımızla sərhəddə də kifayət qədər əhalimiz yaşayır, torpaqlarımız düşmən işğalından tam təmizlənənə qədər əhalinin bu kateqoriyası üçün stimulların yaradılması zəruri hesab oluna bilər.
Cənab Prezident! Məsələnin sistemli həlli üçün təklif edirəm ki, tərəfinizdən 27 fevral 2014-cü il tarixli Fərmanla təsdiq edilmiş və növbəti beşilliyi əhatə edən Azərbaycan Respublikasi regionlarinin 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramına Ermənistanla sərhəd və cəbhəyanı bölgələrinin inkişafına dair ayrıca bir bənd əlavə edilsin. Bu bölgələrə aid yaşayış məntəqələrində infrastrukturun yaxşılaşdırılması məsələləri ön plana çəkilsin, orada yaşayan vətəndaşlarımızın döğma yurdlarını tərk etməməsi üçün stimul və güzəştlər sisteminə yenidən baxılaraq, konkret və tutarlı tədbirlər əlavə edilsin”.
Bakıda narkotiacirlər saxlanıldı
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"