Müsavat Divanının toplantısı keçirilib

img

09-06-2014 [16:59]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. İclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb. Bu barədə musavat.com-a partiyanın mətbuat xidmətindən xəbər verilib.
Bildirilir ki, yığıncaqda partiyanın qurultayının keçirilməsi ilə bağlı məsələ müzakirə edilib. Partiyanın Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri Elmar Məmmədyarova qurultayın keçirilməsi üçün yer ayrılması məsələsində səlahiyyətləri daxilində müdaxilə etməsi üçün ünvanladığı müraciət təqdir olunub. Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədrindən bu müraciətə beynəlxalq standartlar çərçivəsində tez bir zamanda rəsmi cavab verməsi təklif olunub.
Artıq 14 may 2014-cü il tarixindən Azərbaycan iqtidarının Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsinə baxmayaraq, ölkədə insan haqları və hüquqularının qorunması, siyasi məhbusların azad edilməsi və demokratik islahatların aparılması istiqamətində heç bir addımın atılmaması qeyd edilib.
Divanda hazırda həbsdə olan siyasi məhbuslara, xüsusən "NİDA”çı gənclərə əfv ərizəsi yazdırılması ilə bağlı təzyiqlərin olması pislənilib və bu hərəkətlərin yolverilməzliyi qeyd olunub..
Yığıncaqda Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun, REAL hərəkatının lideri İlqar Məmmədovun və İsmayıllı hadisələrinə görə həbs cəzası almış şəxslərin apellyasiya şikayətinə baxılmasının Şəki Apellyasiya məhkəməsi tərəfindən qeyri-müəyyən vaxta təxirə salınmasına hakimiyyət tərəfindən bu günə qədər heç bir aydınlıq gətirilməməsi pislənilib.
Müsavat Partiyası başqan müşaviri Yadigar Sadıqovun apellyasiya şikayətinə baxışın 10 iyun tarixinə təyin olunmasına baxmayaraq, Şirvan Apellyasiya məhkəməsi tərəfindən məhkəmənin heç bir əsaslı səbəb gətirmədən 01 iyul 2014-cü il tarixinə təxirə salınmasını Yadigar Sadıqova qarşı Azərbaycan məhkəmə sisteminin növbəti təzyiq mexanizmi olduğunu bəyan edir və Ədliyyə Nazirliyindən bu cür qanunazidd hərəkətlərə son qoyulmasını tələb edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA