"Mançester Siti"nin ulduzu: ""Qızıl topu" Messi haqq etmirdi.."

img

16-11-2023 [00:33]


"Mançester Siti"nin ulduzu Rodri Messinin ünvanına "daş atıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İngiltərə mətbuaına açıqlamasında bu il paylanan "Qızıl top" mükafatının Messiyə verilməsini doğru saymayıb.

Həmin mükafatlandırma mərasimində adı 5-ci yerdə olan Rodri bildirib ki, Dünya Çempionatını əsas götürüb Messiyə belə mükafat verilməsini anlamaq mümkün deyil: "Əlbəttə, Dünya Çempionatı çox əhəmiyyətliturnirdir, ancaq cəmi 1 ay davam edir. Normal mövsüm isə 7-8 ay davam edir. Haaland bu mövsüm bütün qol rekordlarını qıran, hər kuboku qazanan adamdır. "Qızıl top" Messinin deyil, onun haqqı idi".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub