MMP-yə 4 professor üzv oldu

img

09-06-2014 [15:43]


MMP Qadınlar Şurasının İdarə Heyətinin tərkibində 4 professor, 2 həkim, 4 jurnalist, 1 təhsil işcisi təmsil olunacaq. 

 Bu gün Muasir Musavat Partiyası İdarə Heyətinin və Qadınlar Şurasının BMM-də birgə növbəti toplantısı keçirilib. Toplantıda bir neçə gün öncə Qadınlar Şurasının sədri seçilmiş Paşayevə Zəhranın İdarə Heyətinə təqdimatı və Qadınlar Şurasının İdarə Heyətinin tərkibinin yenidən təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb. Səs çoxluğu ilə 11 nəfərdən ibarət ziyalı xanım MMP QŞ-nın İdarə Heyətinə üzv seçiliblər . Qeyd edək ki ,MMP Qadınlar Şurasının İdarə Heyətinin tərkibində 4 professor ,2 həkim ,4 jurnalist,1 təhsil işcisi təmsil olunacaq. Toplantıda çıxış edənlər partiyanın dövlətçiliyi müdafiə etməsini yüksək qiymətləndiriblər ,sonra partiyanın məqsəd və məramından,gələcək planlarından,qarşıda duran vəzifələrin yerinə yetirilmə mexanizmindən söz açıblar Partiyada Qadınlar Şurasının tərkibinə daxil olan bir neçə tanınmış şəxsin MMP İdarə Heyətinin Tərkibinə salınması təklif edilib Beləliklə toplantı öz işini başa vurub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA