Bakı Şəhəri üzrə Təhsil İdarəsi ləğv olunur - Bazasında 4 sektor yaradılır
GÜNDƏM
15.11.2023, 00:07
"Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) yaxın vaxtlarda tamamilə ləğv olunacaq".
Bu məlumat Mia.az-a təhsil sektorundan verilib.
Məlumata görə, ləğv olunan BŞTİ-nin bazasında Bakının rayonlarını əhatə edəcək 4 təhsil sektoru yaradılacaq:
MEHRİBAN VƏLİYEVA
"Böyük ehtimalla paytaxt rayonlarının məktəbləri 4 regional sektorun tabeliyində idarə olunacaq:
1. Binəqədi - Yasamal - Qaradağ;
2. Nəsimi - Nərimanov - Səbail;
3. Xəzər - Sabunçu - Pirallahı;
4. Suraxanı - Xətai - Nizami;
Ola bilər ki, bəzi rayonların təmsilçiiyi dəyişsin və ya 4 yox, 3 sektor yaradılsın. Yəni, B variantı da var...".
BŞTİ-nin ləğvinə gəlincə, müsahibimiz deyir ki, bu, təkcə Bakı təhsilinin idarə olunmasını mobilləşdirmək məqsədi ilə deyil, həm də burada kök salan Mehriban Vəliyevanın şəbəkəsi daxil, kənardan müxtəlif yollarla idarəyə məsul postlara yerləşdirilən deputat və digər tanınmış şəxslərin ailə üzvləri ilə də asanlıqla yolları ayırmağa xidmət edəcək:

"Bilirsiniz ki, Mehriban Vəliyeva bu ilin oktyabrın 6-da vəzifəsindən azad olunaraq, Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilsə də, o, BŞTİ-nin rəhbəri postunu hələ də özünə saxlamağı bacarıb. Elə bu məqam onu göstərir ki, bu gün nazir Emin Əmrullayev üçün Mehriban Vəliyeva və onun mətbuatla "dərin əlaqələr" quran sağ əli Bəşərət Məmmədov kimiləri səs-küysüz vəzifədən uzaqlaşdırmaq düşünüldüyü kimi asan deyil. Əks halda, Mehriban Vəliyevanı yeni vəzifəyə təyin etdiyi gün, yəni oktyabrın 6-da BŞTİ-nin rəhbəri postunu onun 4 müavinindən birinə həvalə edərdi. Etmədisə, demək ki, arxa planda bilmədiyimiz gizlinlər var...".

Mia.az-a verilən məlumata görə, Mehriban Vəliyeva, Bəşarət Məmmədov, Fuad Babayev və daha bir neçə sektor müdiri BŞTİ və onun nəzarətində olan məktəblərdə elə bir "sistem" çiçəkləndiriblər ki, ona düzəliş vermək mümkün deyil: "Bu səbəbdən, nazirlik Bakı təhsilini kökündən dəyişəcək islahata gedir. Hazırda BŞTİ-nin ləğvi və onun bazasında hansı rayonların hansı sektorda birləşəcəyi və onlara kimlərin rəhbərlik etməsi barədə ətraflı ciddi müzakirə və məsləhətləşmələr gedir. Güman ki, yaxın vaxtlarda yeniliklərin şahidi olacağıq".
Samir MUSAYEV
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Bugün, 15:15 İDMAN
-
İlham Əliyev Türkmənistan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTOLAR
Bugün, 15:05 GÜNDƏM
-
Nihat Kahveci canlı yayımda qəzəbləndi: “Allah bəlanızı versin”
Bugün, 15:01 İDMAN
-
Avropadakı bu görüntü böyük şok yaratdı – FOTO
Bugün, 14:48 MƏDƏNİYYƏT
-
Türkmənistan Prezidenti İlham Əliyevlə birgə Füzuli və Şuşada - VİDEO, FOTOLAR (Yenilənib)
Bugün, 14:46 GÜNDƏM
-
İran XİN: “Dondurulmuş aktivlərimizə məhdudiyyət yoxdur, ola bilməz”
Bugün, 14:41 İQTİSADİYYAT
-
Aktrisa Məlahət Abbasova: "Orada təcavüz səhnəsinə vardı, nişanlı idim deyə ailəm..."
Bugün, 14:28 MƏDƏNİYYƏT
-
İlham Rəhimovun pay sahibi olduğu şirkətlər: qazanc və zərərləri... - CƏDVƏL
Bugün, 14:19 İQTİSADİYYAT
-
"Turan Tovuz" Ayxan Hüseynovla yollarını ayırıb
Bugün, 14:07 İDMAN
-
Saatlıda Dövlət Proqramı ilə bağlı regional müşavirə: nələr müzakirə olunub? - FOTOLAR
Bugün, 13:43 GÜNDƏM
-
Vüsal Nəsirli iki şöbə, bir departamentə müdir təyin etdi - Agentlikdə növbəti dəyişiklik
Bugün, 13:38 GÜNDƏM
-
İmişlidə ticarət obyektində yanğın olub
Bugün, 13:34 GÜNDƏM
-
"Bəzi dairələr Dilicanı gündəmə gətirir, lakin..." - Zahid Oruc
Bugün, 13:29 SİYASƏT
-
Dövlət Xidmətinin rəisi özünə daha bir müavin götürüb
Bugün, 13:19 CƏMİYYƏT
-
CHP itirir, Ərdoğan və Özgür Özəl qazanır – Türkiyədə daha bir reytinq sorğusu
Bugün, 13:06 SİYASƏT
-
Xidmət rəhbəri müşavirdə: "Mil-Muğan regionunda on minlərlə hektar sahə..." (YENİLƏNİB)
Bugün, 12:59 İQTİSADİYYAT
-
Türkiyədə yanacaq oğrularına qarşı əməliyyat: 9 şirkətə “əl qoyuldu, həbslər var
Bugün, 12:45 KRİMİNAL
-
Sabah yağış yağacaq
Bugün, 12:33 CƏMİYYƏT
-
Keçmiş İsrail Baş naziri: “Əsgərlərimizə Livanda atəş açmaq qadağan olunub”
Bugün, 12:29 DÜNYA
-
İstanbuldakı Azərbaycan məktəbində şiddət qalmaqalı - VİDEO
Bugün, 12:24 CƏMİYYƏT
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
Bugün, 12:01 SİYASƏT
-
Hikmət Hacıyev: "...bu, strateji tərəfdaşlığımızın ortaq iradəsini əks etdirir"
Bugün, 11:57 SİYASƏT
-
Space TV-də müşavir təyinatı oldu
Bugün, 11:57 PRESS
-
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub: "Səbəb izah edilmədi..."
Bugün, 11:48 SİYASƏT
-
"Qaz təchizatı sisteminə dair Qaydalar" təsdiqləndi - Dəyişiklik
Bugün, 11:41 İQTİSADİYYAT
-
Prezidentin köməkçisi Saatlıda müşavirədə: "Bu islahatlar Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və şəxsi nəzarəti ilə aparılıb"
Bugün, 11:41 GÜNDƏM
-
Bu şəxslər vurulmuş ziyanı tam ödədikdə, məsuliyyətdən azad olunacaqlar - Cinayət Məcəlləsi dəyişir
Bugün, 11:15 İQTİSADİYYAT
-
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanun dəyişir - Qadağalar olacaq
Bugün, 11:11 PRESS
-
Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir - DETALLAR
Bugün, 11:04 İQTİSADİYYAT
-
Daşınmaz əmlakın kadastr uçotu yeni sistemlə aparılacaq
Bugün, 11:02 CƏMİYYƏT
-
Əkin sahələrinin könüllü birləşdirilməsi, alqı-satqısı: yeni qanun hazırlanıb - Nələr olacaq?
Bugün, 10:59 İQTİSADİYYAT
-
İnzibati Xətalar Məcəlləsi yenə dəyişir - Daha bir sahədə cərimə olacaq
Bugün, 10:55 GÜNDƏM
-
Peşə tanınması imtahanının nəticələri açıqlanıb
Bugün, 10:54 GÜNDƏM
-
Ankarada NATO sammitinin təhlükəsizliyi ilə bağlı əməliyyatı - 209 nəfər saxlanılıb
Bugün, 10:31 DÜNYA