Blokda qətl, zavod qalmaqalı, 17 zəng və intihar... - Dövlət Xidmətinin rəis müavini barədə sensasiyalı məhkəmə prosesi (VİDEO)
13-11-2023 [14:03]
12 il əvvəl 37 yaşlı iş adamını sifarişlə qətlə yetirməkdə ittiham olunan Əhəd Salahovun cinayət işi üzrə məhkəmə araşdırması gedir.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə müdafiə tərəfi maraqlı iddialar irəli sürüb.
İttiham ondan ibarətdir ki, 37 yaşlı İlkin Qurbanov, 2011-ci ildə Xətai rayonu, NZS qəsəbəsi ərazisində yerləşən yaşayış binasının blokunda qətlə yetirilib. Cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb. 12 il sonra istintaq yenilənib, 38 yaşlı Əhəd Salahov İlkin Qurbanovu sifarişlə öldürməkdə şübhəli bilinərək həbs olunub.

Məlum olub ki, təqsirləndirilən şəxsə qətl sifarişi verdiyi iddia olunan Firudin Məmmədov həmin hadisədən 4 gün sonra avtomobildə sol dirsək oynağını iti kəsici alətlə kəsərək intihar edib.
Hazırda davam edən məhkəmədə ən maraqlı məqamlardan biri də qətlin sifarişçisi olduğu iddia olunan F.Məmmədovun hadisədən sonra müəmmalı intiharıdır. İttiham olunan şəxs özünü təqsirli bilmir, həmçinin qətlin sifarişçisinin F.Məmmədov olmadığını deyir.
Digər əsas məqamlardan biri isə qətlə yetirilən İ.Qurbanovun İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovla işgüzar münasibətinin olmasıdır.

RÜSTƏM ŞAHBAZOV
İddia olunur ki, R.Şahbazov tabeliyində olan zavodu zərərçəkmişin adına keçirib. Sonradan onların arasında münasibət korlanıb. İ.Qurbanov qətlə yetirilən günün axşamı isə onun ölümünü sifariş verdiyi iddia olunan F.Məmmədovla aralarında 17 dəfə telefon danışığı olub.
Sözügedən məsələlərlə bağlı R.Şahbazov iş üzrə təqsirləndirilən şəxsin vəkili Orxan Cəfərbəylinin vəsatəti əsasında məhkəməyə çağırılıb.
Sədr müavini ifadəsində irəli sürülən iddiaları rədd edib.
O, qətlin sifarişçisi olduğu iddia olunan şəxslə hadisə günü danışdığını, lakin mövzunun İ.Qurbanovun dəfn mərasiminin təşkili olduğunu deyib. O, zərərçəkmiş şəxsə zavod verməsi ilə bağlı iddianı da təkzib edib.

Müdafiə tərəfi deyib ki, şahidin həyat yoldaşı qətldən sonra zərərçəkmişin həyat yoldaşı ilə görüşüb, şirkəti geri qaytarmasını istəyib: “Hesab edirəm ki, dəqiqləşmə aparılması üçün şahidin həyat yoldaşı da məhkəmədə dindirilsin”.
Məhkəmə istintaqı davam edir.
Qeyd edək ki, R.Şahbazov 2009-cu ildən hazırkı vaxta qədər eyni vəzifədə çalışır.
Sail Ağasəlim
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı