Cəmil Həsənlinin səs yazısı yayıldı + Audio

img

09-06-2014 [12:30]


İyunun 7-də Aktual.az saytında "Әdəbiyyat adamından vətəndaş mövqeyi gözləmək düzgün deyil” başlıqlı yazı gedib. Qeyd edək ki, yazıda Milli Şuranın sədri Cəmil Həsənli bu yaxınlarda 75 illik yubileyini qeyd edən xalq şairi Vaqif Səmədoğlu barədə fikirlərini bildirib.

Cəmil Həsənlinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə və mübahisələrə səbəb olub. Məsələ ətrafında yaranmış ajiotajdan sonra Cəmil Həsənli ilə əlaqə yaradılıb və o, fikirlərinin təhrif olduğunu bildirərək dediklərinin jurnalist tərəfindən yanlış anlaşıldığını qeyd edib.

"Qafqazinfo” xəbər verir ki, Aktual.az saytı C. Həsənlinin səs yazısını yayıb. Jurnalistin V. Səmədoğlunun vətəndaş mövqeyi gösəreməməsi ilə bağlı səslənən fikirlərə C. Həsənlinin həmin qalmaqallı cavabı belə olub: "Mənə belə gəlir ki, sənət adamından bunu ummaq lazım deyil ki, o belə desin”.

Əlavə şərh vermədən açıqlamanın izahını oxucuların ixtiyarına buraxırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA