Sumqayıt küçələri bazara çevrilib - İcra Hakimiyyətindən Mia.az-ın xəbərinə reaksiya (FOTOLAR) - YENİLƏNİB
14-11-2023 [09:49]
Sumqayıtda qanunsuz küçə ticarəti ilə məşğul olanların küçədə piyada səkilərinin zəbt edilməsi böyük vüsət alıb.
Mia.az-ın məlumatına görə, vəziyyət o yerə çatıb ki, piyadalar onlar üçün nəzərdə tutulmuş səkilərlə rahat, maeəsiz gedib-gələ bilmir.
Əlbəttə insanların dolanışığını təmin etmək üçün ticarətlə məşğul olmasını başa düşmək olar, amma yolun az qala təmiz tutulması heç cürə yolverilməzdir.
Buna Sumqayıt şəhər İcra Hakimiyyəti və salahiyyətli, aidiyyəti qurumlar qurumlar göz yumur. Daha doğrusu elə çox güman onlar şərait yaradır.Çünki, mümkün deyildir ki, küçələr pərakəndə ticarətlə məşğul olanlarla dolu olsun, əlaqədar qurumlar bunu görməsin. Ən azından hər bir yerdə sahə müvəkkili, post-patrul xidməti, icra orqanlarının nümayəndələri var.
Küçə ticarəti ilə ilə məşğul olunan bu kimi ərazilərdə həmçinin böyük səs-küy, antisanitariya şəraiti hökm sürür. Şəkillərdəki,(bu hələ səhər mənzərəsidir adam azdır , axşamlar xaos olur) Sumqayıtın 13-cü mikrorayonu, Babək küçəsidir, amma belə acınacaqlı mənzərəyə şəhərin demək olar ki,hər yerində rast gəlmək olar. Məsələn, şəhərin mərkəzində,Heydər Əliyev prospektində, 2-ci mikrorayonda, “Məktəbli”, EuroSport mağazalarının qabağı-bazara yaxın dayanacağın ətrafı Hindistanın tipik mənzərəsini xatırladır ki, bu da şəhərin görünüşünə də pis təsir edir.
Üstəlik küçə ticarətçi ilə məşğul olanların heç bir sənədi olmur və məlumata görə ayrı-ayrı səlahiyyətli şəxslərə gündəlik toplam 50-100 manatacan yerpulu verirlər, xərcləri çıxır. Belə “toçkalar” şəhərdə 100-lərlədir. Sumqayıt Şəhər Sanitar Gigiyena və Epidemiologiya Mərkəzi də belə yerlərdə yoxlama aparmır.
Maralanılsa məlum olar ki, meyvə-tərəvəz satılanlar verilən pula görə heç bir çek-filan verilmir, yığılan pullardan dövlətə heç bir rüsum-filan ödənilmir.
Heç olmasa dükanı onun işində,ya bir az qabağında satsa bu cür vəziyyət yaranmaz.Yayda bəhanə edirlər mal xarab olur, kondisioner yoxdur, dükanda müştəri də girmir içəri . Qışda ki işəri isti olmur, mal da xarab olmur o qədər....
Hər dəfə də bu məsələ mətbuatda işıqlananda Sumqayıt Şəhər İcra Hakimiyyəti məlumat yayır ki: ”Sumqayıt şəhərində qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların birgə iştirakı ilə qabaqlayıcı tədbirlər həyata keçirilir. Səkiləri zəbt edərək piyadaların hərəkətini mane olan, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılarla izahat xarakterli söhbətlər apararılır, yalnız xüsusi ayrılmış yerlərdə ticarətlə məşğul olmaları onların diqqətinə çatdırılır”.
Və bir müddət müəyyən qayda yaradılır və küçə ticatəri qismən yığışdırılır, ara sakitləşəndən sonra yenidən küçələr bazara çevrilir və küçə ticarətinə icazə üçün alınan pul qalxır. Çox güman ki, yenə də elə olacaq.
Həmçinin bu cür yerlərdə alıcılar çəkidə, pulda aldadılır, onlarla kobud davranılır,şikayətlərinə məhəl qoyulmur. Çünki, heç bu kimi hallara rəsmən nəzarət edilmir.
***
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Mia.az-a belə cavab göndərilib:
"Sumqayıt şəhərində qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların birgə iştirakı ilə qabaqlayıcı tədbirlər həyata keçirilir. Səkiləri zəbt edərək piyadaların hərəkətini mane olan, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılarla izahat xarakterli söhbətlər apararılır, yalnız xüsusi ayrılmış yerlərdə ticarətlə məşğul olmaları onların diqqətinə çatdırılır".
Akif Məmmədov
MİA.AZ
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı