Şərqşünas alimlərin Məqalələri İraqın “Sadaka” qəzetində dərc olunub - FOTOLAR
11-11-2023 [23:43]
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının Zəfər Günü münasibəti ilə yazdıqları məqalələr İraq Respublikasında nəşr edilən "Sadaka" (Dostluq) qəzetində dərc olunub.
İnstitutdan Mia.az-a bildirilib ki, "Sadaka" qəzetinin Zəfər Gününə həsr edilmiş xüsusi sayında AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyevanın "Zəfər Günü - ədalətin bərpa edildiyi gün", İnstitutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlünün "Qələbə günü - şanlı və əzəmətli tariximiz", Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda uzun illər qələbə üçün mənəvi səfərbərlik işləri görülmüşdür", Din və ictimai fikir şöbəsinin müdiri, İnstitutun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin "Böyük Zəfər bayramı - Azərbaycan xalqının fəxr və qürur mənbəyi" və Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, dosent Sübhan Talıblının "8 Noyabr Zəfər Günü: Azərbaycan ordusunun və xalqının şanlı qələbəsi" adlı məqalələri dərc edilib.
Şərqşünaslıq İnstitutunun əməkdaşlarının yazdıqları elmi-publisistik xarakterli məqalələrdə qeyd edilib ki, 1980-ci illərin sonlarında Ermənistanın Qarabağ ərazisinə olan iddiaları güclənib və bu, yerli azərbaycanlı əhalinin etnik təmizlənməsi ilə müşayiət olunub. 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində bir gecədə 613 dinc sakinin xüsusi amansızlıqla qətlə yetirildiyi soyqırımı isə erməni qəddarlığının kulminasiya nöqtəsi olub.
Bildirilib ki, Prezident İlham Əliyev Ermənistanın beynəlxalq normalara zidd olaraq törətdiyi və insanlıq faciələrinə, etnik təmizləmə və soyqırımına səbəb olmuş işğala ikili standartlarla yanaşmanın yolverilməzliyini dəfələrlə beynəlxalq kürsülərdən çox ətraflı və aydın bəyan edib.
Son illərin hadisələri ətraflı təsvir edilən yazılarda qeyd edilib ki, öz havadarlarının maşasına çevrilmiş Ermənistan 2020-ci il iyulun 12-də Azərbaycanın dövlət sərhədini Tovuz istiqamətində pozaraq hücum edib. Dörd günlük döyüşdə geri oturdulan düşmən dərs almayaraq sentyabrın 27-də bütün cəbhə boyu geniş təxribata keçib. Bu təxribat həm dövlətimizin başçısının, həm də xalqımızın səbrini tükədib. Sentyabrın 27-dən başlanan Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Qələbə ilə başa çatıb. Beləliklə, qalib ordumuzun və rəşadətli əsgər və zabitlərimizin şücaəti ilə noyabrın 8-də Qarabağın tacı Şuşa işğaldan azad edilib və üçrəngli bayrağımız şəhərin mərkəzinə sancılıb.
Şərqşünas alimlər 8 Noyabr – Zəfər Gününün 44 günlük Vətən müharibəsində müqəddəs torpaq uğrunda canından, qanından keçən igid əsgər və zabitlərimizin şəhidlik zirvəsinə ucaldığı, milli qürurumuzun, yenilməzliyimizin nümayiş etdirildiyi gün olmasını, Azərbaycan dövlətçilik tarixində və xalqımızın yaddaşında əbədi yaşayacaq Zəfər Gününün ümumxalq birliyinin təzahürü olduğunu vurğulayıblar.
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı