Kütləvi İnformasiya Vasitələrinə müraciət

img

09-06-2014 [11:34]



Hörmətli redaksiyalar!

Dünyanın bütün ölkələrində, həm də postsovet respublikalarında dövlət müstəqilliyi günü əsas dövlət bayramı hesab edilir. Müstəqilliyin qurucuları olan deputatlara ən yüksək hörmət və qayğı göstərilir. Lakin Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində və möhkəmlənməsində müstəsna xidmətləri olan istiqlalçı deputatların böyük əksəriyyəti uzun illərdir ki, müxtəlif təzyiq və təqiblərə, "məxməri terror”a məruz qoyulub, çətin həyat yaşamaga məhkum ediliblər. İstiqlalçı deputatlara bu qeyri-adekvat münasibət göstərilməsinin səbəblərini və nəticələrini ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə

2014-cü il iyunun 10-da saat 12.00-də Repertyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun (RATİ-nin) ofisində (ünvan: R.Behbutov pr., 8, mən.85-86. Tel: (012) 493 50 36; 050543 39 49)

"Azərbaycanda istiqlalçı deputatlara qarşı diskriminasiya tətbiq edilməsi: səbəblər və nəticələr” mövzusunda keçiriləcək mətbuat konfransında sensasiya doğuran hallar və faktlar açıqlanacaqdır.

Milli Məclisin hazırkı və sabiq deputatlarının, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının, beynəlxaq təşkilatların və səfirlikərin nümayəndələrinin iştirakı ilə keçiriləcək mətbuat konfransında Sizin də nümayəndənizi görməyi arzu edirik.

Hörmətlə

İstiqlalçı deputatlar adından Prof. Hacıbaba Əzimov


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA