50-60 İLLİK AĞACLARA QƏNİM KƏSİLƏN NİZAMİ RAYONU: məşhur küçədə camaatın yolu bağlanıb, daha bir yaşıllıq ərazi "qaralanıb"- VİDEO
09-11-2023 [18:40]
Nizami rayonunda yenidən ağacların qanunsiz məhv edilməsi və sonradan həmin ərazilərin satılması ilə bağlı qalmaqal gündəmə gəlib.
Mia.az Poliqon.info-ya istinadla xəbər verir ki, bir neçə gün əvvəl jurnalist Pərvin Abışova Nizami rayonu Bəkir Çobanzadə (Bu küçə adətən şadlıq evləri, restoranlar küçəsi kimi tanınır) küçəsindəki meşə zolağının daxilində qanunsuz tikinti üçün hazırlıq işlərinin başladığını və təməl qazıldığını təsdiqləyən videomaterial paylaşıb.
Videomaterialda qeyd olunur ki, bəhs edilən ərazidə bir müddət əvvəl baş verən yanğından sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən görülən “tədbir və cərimələmələr”dən vəziyyəti düzəlmək əvəzinə, daha da pisləşib.
Jurnalist qeyd edib ki, oradakı ağacların məhvinin və hazırlıq görülən tikinti işlərinin gözdən uzaq qalması üçün rayon rəhbərliyi ərazidən keçən yolu da bağlayıb.
Həmin videomaterialı təqdim edirik:
Videoda diqqət çəkən görüntülərdən biri isə ərazidəki Eldar şamlarının çoxlarının artıq quruması olub. Qeyd edək ki, belə bir hadisə ilk dəfədir ki. baş vermir. Son illər Bakının bir neçə rayonunda analoji hadisələr baş verib. Onlardan biri də bu gün Nizami rayonuda baş verib.
Bəs necə olur ki. bu cavan şam ağacları birdən birə quruyur?
Əslində, bunun səbəbi çox sadədir və bu ağaclar bir başa insan müdaxiləsi ilə qurudulur və sonradan kəsilmələri qaçılmaz hala gətirilir. Bunun üçün, ya bir neçə dəfə davamlı olaraq ağacların kökünə dizel yanacağı tökülür, ya da ağacların qabığı dairəvi şəkildə soyulur ki. bununla da ağacların kökləri ilə budaqları arasında əlaqə kəsilir. Təbii olaraq budaqlar qidalana bilmədikdə quruyurlar.
Ağacların qurudulmasının bir başqa you isə ərazidə yanğın şıxarmaqdır və yanğından sonra isə ağacların çoxusu quruyur. Bütün üç halda ağacların kəsilməsi qaçılmaz hala gəlir...
Qəribə olan və məntiqə sığmayan isə isə odur ki, qurumuş ağaclar qanuni qaydada kəsildikdən sonra həmin ərazilərdə yeni ağaclar əkilmir. Bir qayda olaraq həmin ərazilər icra hakimiyyətləri tərəfindən kimlərəsə, fiziki, ya da hüquqi şəxslərə satılr və tezliklə həmin ərazilərdə tikinti işləri başlayır.
Son olaraq Nizami rayonunda meşə zolağının məcburi qurudulması ilə bağlı əldə etdiyimiz məlumata görə bu “əməliyyat” əvvəlcədən planşaldırılıb və yaxın zamanlarda icra hakimiyyətinin həmin ərazini kimə, ya da kimlərə satdığı məlum olacaq.
Qeyd edək ki, bayram günləri ilə əlaqədar olaraq Nizami rayon İcra Hakimiyyətinin mövqeyini öyrənə bilmədik. Hesab edirik ki, Nizami rayon İcra hakimiyyəti bu məsələ ilə bağlı açıqlama verəcək. Arzu edərdik ki, icra hakimiyyəti ərazidə yenidən ağacların əkiləcəyi ilə bağlı ictimaiyyətə söz versin.
Poliqon.info
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı