"Sülhün alternativi yoxdur" - Ceyhun Bayramov Almaniya XİN başçısı ilə mətbuat konfransında (VİDEO)

img

04-11-2023 [20:06]


Xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın xarici işlər naziri Annalena Berboku arasında geniş tərkibdə görüş keçirilib.

Mia.az xəbər verir ki, görüşdə ikitərəfli və çoxtərəfli münasibətləri və münaqişədən sonrakı regional vəziyyət müzakirə olunub.

Daha sonra nazirlər irgə mətbuat konfransı keçiriblər.

***

“Azərbaycan dövləti hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının, sülhün alternativi yoxdur. Azərbaycan tərəfindən Ermənistana bununla bağlı növbəti təkliflər göndərilib. Hazırda təklif edilən paketlərlə bağlı Ermənistandan cavab gözləyirik”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artıq məcburi köçkünlərimiz ata yurdlarına geri dönürlər: “Əminəm ki, Qarabağ bölgəsi ən gözəl guşələrdən birinə çevriləcək”.

Nazir qeyd edib ki, coğrafi yerlər, formatlar fərqli ola bilər: “Azərbaycan münasibətlərin normallaşmasında maraqlıdır. Bu yaxınlarda "3+3" formatında görüş keçirildi. Mənim ermənistanlı həmkarımla görüşümün keçirilməsi nəzərdə tutulmamışdı. Ancaq orada bizim 40 dəqiqədən artıq görüşümüz oldu”.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 18.07.2025

DİM məlumat yayıb