Daha üç səfir geri çağırılır? - Maraqlı iddia yayıldı

img

04-11-2023 [10:43]


Azərbaycanın xarici ölkələrindəki səfirlərinin bir neçəsi geri çağırılacaq.

Mia.az Bakupost.az-a istinadla xəbər verir ki, onlardan biri Rumıniyadakı fövqəladə və səlahiyyətli səfirimiz Hüseyn Nizami oğlu Nəcəfovdur. Onun səlahiyyət müddəti bitdiyini üçün Bakıya çağırılıb. Xatırladaq ki, H.Nəcəfov bu vəzifəyə 8 noyabr 2018-ci ildə təyin edilmişdi.

Onun yerinə Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri Qüdsi Dursun oğlu Osmanov təyin olunacaq. Bu təyinatla bağlı Qüdsi Osmanovun hazırda Bakıda olduğu bildirilir.

Q. Osmanov 7 sentyabr 2016-cı ildə Moldovaya səfir təyin edilmişdi.

Qüdsi Osmanovun yerinə isə hazırda Azərbaycannın Belarusdakı səfiri Ülvi Baxşəliyevin göndəriləcəyi gözlənilir.

Ən maraqlı təyinat isə Belarusa göndəriləcək səfirin kimliyidir. Bakupost.az -ın əldə etdiyi məlumata görə, bu posta Azərbaycanının iri ranqlı məmurlarından biri göndərilir. Həmin şəxsin adını bir müddət sonra açıqlayacağıq.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA