Hakan Fidan: "Türkiyə Azərbaycanın yanındadır" - Nazir Kiprlə bağlı çağıırş edib

img

03-11-2023 [12:12]


“Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək”.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

Nazir qeyd edib ki, Türk dünyası getdikcə daha çox təşkilatlanır və əməkdaşlığı dərinləşdirir.

O, təşkilatı Şimali Kipr Türk Cümhuriyyətinə (KKTC) dəstək verməyə çağırıb: "Kıbrıs Türk xalqına qarşı tətbiq edilən ədalətsiz və insanlıqdan kənar təcridin qarşısında birlikdə olmalıyıq".

Qarabağdakı son hadisələrə gəlincə, nazir bildirib ki, Türkiyə hər zamankı kimi, Azərbaycanın yanındadır və yanında olmağa davam edəcək.

İsrailin Qəzzaya hücumunu da Şuranın gündəminə gətirən Fidanın sözlərinə görə, dinc əhalinin vəhşicəsinə qətliamı qəbuledilməzdir.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 18.07.2025

DİM məlumat yayıb