XİN: "Qəzzada Azərbaycan vətəndaşlarının olub-olmaması barədə məlumat yoxdur"

img

02-11-2023 [11:13]


“Qəzzada Azərbaycan vətəndaşının olub-olmamasına dair məlumatımız yoxdur”.

Mia.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında müharibə başlayandan bəri İsraildə 8 Azərbaycan vətəndaşı həlak olub: “Səfirliyimizin fəaliyyəti isə davam etdirilir. Hansısa ciddi məhdudiyyət yoxdur”.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında mübaribə başlayıb. İsrail ordusu bir neçə gün əvvəl Qəzzaya daxil olub və quru əməliyyatlarına başlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA