Paytaxt sakini tapdığı silah-sursatı könüllü olaraq polisə təhvil verib

img

31-10-2023 [16:15]


Vətəndaşlarda olan döyüş silahlarının könüllük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktin tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən (DİN) Mia.az-a verilən məlumata görə, Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət edən paytaxt sakinlərindən biri aşkar etdiyi silah-sursatı könüllü polisə təhvil vermək istədiyini bildirib.

Polis vətəndaşın qeyd etdiyi ünvana gəlib və oradan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 108 ədəd müxtəlifçaplı patron, 2 ədəd əl qumbarası və 5 ədəd alışqan (zapal) aşkar edib.

Məlumat verən vətəndaşa qarşı heç bir cəza tədbiri görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün ona təşəkkür edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA