TDT-nin Astana sammitinin gündəliyi açıqlanıb

img

31-10-2023 [14:08]


Türk Dövlətləri Təşkilatının (TDT) noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək zirvə görüşünün gündəliyi açıqlanıb.

Mia.az Report-a istinadla xəbər verir ki, “Türk zamanı!” şüarı altında keçiriləcək sammitdə və iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq və birgə layihələr təsdiqlənəcək.

Dövlət və hökumət başçıları üzv dövlətlər və müşahidəçilər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektlərini nəzərdən keçirəcəklər. Bundan başqa, regionda və onun hüdudlarına baş verən siyasi və iqtisadi hadisələr barədə fikir mübadiləsi aparılacaq.

Zirvə toplanmtısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.

Sammitin yekununda dövlət başçıları bir sıra müvafiq qətnamələrlə yanaşı, Astana Aktını və Astana Sammiti Bəyannaməsini imzalayacaqlar.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 18.07.2025

DİM məlumat yayıb