06-06-2014 [17:00]
Respublikada musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2014-cü ilin aprel – may aylarında uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsini keçirdi. Müsabiqə 2 turdan ibarət olaraq, tar, kamança, qanun, qarmon, saz, balaban ixtisaslarında təhsil alan uşaq və gənclər arasında 3 yaş qrupu (I qrup: 10-12 yaş; II qrup: 13-15 yaş; III qrup: 16-18 yaş) üzrə keçirildi və 600-dan çox şagird sənəd vermişdi.
Müsabiqənin I turu 14 aprel
tarixində Mingəçevir şəhərində, 17 aprel tarixində Goranboy rayonunda, 21 aprel
tarixində Şəki şəhərində, 24 aprel tarixində Xaçmaz rayonunda, 28 aprel
tarixində Ağcabədi rayonunda, 02 may tarixində Şirvan şəhərində, 04 may
tarixində Abşeron rayon Ceyranbatan qəsəbəsində, 06 may tarixində isə Bakı şəhərində
başladı.
Müsabiqə iştirakçılarının çıxışlarını Respublikanın xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının professoru Ramiz Quliyevin sədrliyi ilə Ü.Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru Arif Əsədullayev, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Respublikanın Əməkdar
artisti Vamiq Məmmədəliyev, Azərbaycan Milli Konservatoriyasının müəllimi,
Respublikanın Əməkdar artisti Elşad Cabbarov, Azərbaycan Milli
Konservatoriyasının dosenti Mübariz Əliyev, Azərbaycan Milli
Konservatoriyasının baş müəllimi Məlahət Əliyevadan ibarət olan münsiflər heyəti
qiymətləndirmişdir.
Müsabiqədə Bakıda fəaliyyət göstərən uşaq
musiqi və incəsənət məktəblərinin, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan
Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının, Azərbaycan
Milli Konservatoriyasının nəzdində musiqi kollecinin, Bülbül adına orta ixtisas
musiqi məktəbinin, Musiqi kolleclərinin, Qafqaz Universitetinin şagird və tələbələri
iştirak ediblər.
İfaçılar müsabiqənin əsasnaməsinə
uyğun olaraq, I turda etüd, Azərbaycan və xarici ölkə bəstəkarlarının pyeslərini,saz
və aşıq havalarını, II turda isə iri həcmli əsər, muğam, ənəvəvi saz və ənənəvi
aşıq havalarını ifa etmişlər.
Müsabiqə çərçivəsində tar,
kamança, qanun, qarmon, balaban, saz ixtisasları üzrə ustad dərslər də
keçirilmişdir.
I turda müvəffəqiyyətlə iştirak edən şagird və tələbələr II tura
buraxıldı və müsabiqənin II turu
14-15-16 may tarixlərindən Bakı şəhər Ə.Bədəlbəyli adına 23 nömrəli 11 illik
musiqi məktəbində keçirildi. Müsabiqənin II turunun açılışında Mədəniyyət və
Turizm Nazirliyinin Elm və Təhsil şöbəsinin müdiri Yaşar Əliyev çıxış edərək,
müsabiqə iştirakçılarına uğurlar arzulamışdır.
Müsabiqənin II turuna 150 şagird buraxılmış, müsabiqədə yüksək səviyyədə və uğurla çıxış edən şagird və tələbələr Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi müxtəlif dərəcəli
diplomları, Fəxri fərmanları, Tərifnamələri və pul mükafatları ilə təltif
olunublar.
İyun ayının 10-da Azərbaycan Dövlət Filarmoniyasında Uşaq və gənclər arasında xalq çalğı alətləri üzrə III Respublika müsabiqəsi qaliblərinin yekun konserti keçiriləcək.
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb