Səfirin məxfi məktubu açıldı: “Elçibəy hakimiyyətdə 3 il qalsa...”

img

06-06-2014 [15:35]


Mərhum eks-prezident Əbülfəz Elçibəyin İstanbulda yaşayan kürəkəni Aqil Səmədbəyli "4 iyun qiyamı” ilə bağlı daha bir fakt açıqlayıb.

 

A. Səmədbəyli feysbuk səhifəsində bu barədə yazıb ki, Elçibəyin prezidentliyinin altıncı ayında Rusiyanın Bakıdakı səfiri Valter Şoniya Moskvaya belə bir məktub göndərmişdi: "Əgər Elçibəy 3 il hakimiyyətdə qalarsa, Azərbaycan Türkiyə tipli ordu quracaq”.

 

Onun sözlərinə görə, həmin vaxt Elçibəy Türkiyədən hərbi mütəxəssisləri ordu quruculuğuna cəlb etmişdi.

 

Məktubda səfir qeyd edirdi ki, "Azərbaycan tam olaraq azad dövlət olacaq, beləliklə, Rusiya Qafqaza nəzarəti tam itirəcək: "Təcili tədbirlər görmək lazımdır” /Publika.az/


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA