Xankəndidə“Halo Trust” qeyri-hökumət təşkilatının bazası aşkarlanıb - FOTOLAR

img

30-10-2023 [10:21]


Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) humanitar minatəmizləmə fəaliyyətləri zamanı Xankəndi şəhəri ərazisində “Halo Trust” qeyri-hökumət təşkilatının bazasını aşkarlayıb.

Mia.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Beynəlxalq humanitar qeyri-hökumət təşkilatı olan “Halo Trust”a məxsus bazada qəsdən yararsız hala salınmış xeyli sayda minatəmizləmə avadanlıqları, detektorlara rast gəlinib.

Halbuki bu avadanlıqlar humanitar minatəmizləmə əməliyyatlarında istifadə edilə və mina təhlükəsinin aradan qaldırılmasına xidmət edə bilərdi. Lakin təhlükəsiz mühitin yaradılması məqsədilə istifadə üçün nəzərdə tutulan maddi-texniki vasitələr qəsdən məhv edilib.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 18.07.2025

DİM məlumat yayıb