Gürcülər Azərbaycanlı QHT sədrini ölkəyə qoymadı

img

06-06-2014 [14:58]


Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağ Təbliğat Turu Çərçivəsində Türkiyədə tədbirlərini başa vurub. 

Lakin iyunun 6-da avtobusla Azərbaycana dönən nümayəndə heyəti Türkiyə-Gürcüstan gömrük buraxılış məntəqəsində problemlə üzləşib. Belə ki, gürcü gömrükçülər nümayəndə heyətinin digər üzvlərini ölkə ərazisinə buraxsalar da, QAT sədri A.Nağı Gürcüstana buraxılmayıb və geri qaytarılıb.

 Bu barədə musavat.com-a QAT-ın İdarə Heyətinin üzvü İlqar Əli məlumat verib. Onun dediyinə görə, gürcü gömrükçülər heç bir əsas gətirmədən A.Nağını geri qaytarıblar.  Ancaq güman olunur ki, Gürcüstan hökuməti A.Nağının son aylar ərzində iki dəfə ölkədə Qarabağ təbliğat turu çərçivəsində keçirdiyi tədbirlərdən narahat olduğuna və bu tədbirlərin Ermənistanda qıcıq doğurduğuna görə sanksiyaya əl atıb. İ.Əli QAT sədrinin sonrakı taleyindən xəbərsiz olduğunu bildirdi. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA