“Rusiyaya nə veririksə, it aparan olsun“ - Vəfa Quluzadə

img

06-06-2014 [13:26]


Azərbaycanın Ermənistanın hərbi-strateji müttəfiqi, Qarabağın işğalında bilavasitə rol oynayan Rusiyadan dəyəri yüz milyonlarla dollar məbləğində silah alması bir çox insan tərəfindən, o cümlədən, ekspertlər tərəfindəndə xoş qarşılanmayıb.


 PİA.AZ-ın əməkdaşı bu məsələ politoloq Vəfa Quluzadəninin və millət vəkili Fazil Mustafnın fikirlərini öyrənib.


Millət vəkili Fazil Mustafa hesab edir ki, Azərbaycan alıcı ölkə kimi məqbul hesab etdiyi istənilən ölkədən silah ala bilər və bu, ticari bir məsələ kimi dəyərləndirilməlidir: 

"Rusiyadan silah alışı sırf ticari məsələdir. Azərbaycan alıcı bir dövlətdir və məqbul hesab etdiyi hər bir ölkədən silah ala bilər. Hesab edirəm ki, baş verənləri bu konteksdən dəyərləndirmək daha doğru olar”.

Politoloq Vəfa Quluzadəyə görə isə Rusiyadan alınan silahlar Kremli razı salmağa hesablanıb və Azərbaycan hakimiyyəti buna görə Rusiyaya milyonlarını verir: 

"Rusiyaya nə veririksə it aparan olsun. Haram xoşları olsun. Bu haqda çox danışmağa belə dəyməz. Azərbaycan Rusiyadan silahı nə üçün alması hamıya məlumdur. Məncə, Rusiyadan silah almağımız qabaqcadan düşünülmüş addımdır və rusları bilavasitə razı salmaq üçün atılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA