Hikmət Hacıyev İranın Azərbaycandakı səfirini qəbul edib - Müzakirə

img

29-10-2023 [09:36]


Prezidentin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvini qəbul edib.

Mia.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi teleqram kanalında məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqaz regionunda baş verən proseslər və Azərbaycan-Ermənistan sülh danışıqlarının perspektivləri, habelə İsrail-Fələstin münaqişəsi, İslam ölkələri arasında qarşılıqlı əlaqələrin zəruriliyi barədə də fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA