Ceyhun Bayramovla Sergey Lavrov telefonda danışdı: nələr müzakkirə edilib?

img

28-10-2023 [20:40]


Xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında əməkdaşlıq məsələləri, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini, eləcə də bölgədəki cari vəziyyəti müzakirə ediblər.

Söhbət əsnasında Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü çərçivəsində münasibətlərin normallaşdırılmasının və bölgədə davamlı sülhün bərqərar edilməsinin vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA