“Qarabağda baş verənlər etnik təmizləmə kimi xarakterizə oluna bilməz” - Britaniyalı nazir deputata yerini göstərdi 

img

25-10-2023 [23:26]


“Qarabağda baş verənlər etnik təmizləmə kimi xarakterizə oluna bilməz”

Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti bəyan edib.

O, Şotlandiyadan olan ermənipərəst deputat Lounun Qarabağın erməni əhalisinin Ermənistana qayıtmasının guya “etnik təmizləmə” olması ilə bağlı ittihamları ilə razılaşmayıb: “Böyük Britaniya Ermənistan və Azərbaycana danışıqları bərpa etmək üçün çağırış edib. Məhz danışıqlar sülh üçün möhkəm təməl olacaq”(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA