Paşinyan: “Cənubi Qafqazda sülhə ehtiyac var”

img

23-10-2023 [17:40]


“Cənubi Qafqazda sülhə ehtiyac var”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “X” hesabında yazıb.

O bildirib ki, bütün region ölkələri ilə sərhədlər açıq olmalıdır: “İqtisadi, siyasi, mədəni əlaqələri və bütün məsələləri diplomatik və dialoq yolu ilə həll edə biləcəyimiz regiona ehtiyacımız var”.

N.Paşinyan sülh quruculuğunun bərpa olunmasının əsas siyasi öhdəlik olduğunu qeyd edib: “Xüsusilə, bildirmək istəyirəm ki, biz sülhlə bağlı ideyalarımızı heç bir şəkildə regionumuzun maraqlarına qarşı qoymuruq. Çünki region dinc olarsa, ölkəmiz də dinc ola bilər”(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA