Tehranda “3+3” formatında ikinci görüş keçiriləcək - Ceyhun Bayramov İrana gedir

img

22-10-2023 [14:02]


Sabah İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında ikinci görüş keçiriləcək.

Məlumata görə, görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Nəşr qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin cari vəziyyətindən də danışılacaq.

Qeyd edək ki, ilk dəfə “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub. "3+3" formatına Gürcüstan, Ermənistan, Azərbaycan, Rusiya, İran və Türkiyə daxildir(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA