Sumqayıtda ər arvadını bıçaqlayıb, daha sonra isə...

img

19-10-2023 [15:24]


Sumqayıtda ər arvadını bıçaqlayıb.

Mia.az Sumqayıt Şəhər Prokurorluğuna istinadla xəbər verir ki, oktyabrın 19-da 1984-cü il təvəllüdlü Elvira Məmmədovanın çoxsaylı bıçaq xəsarətləri alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1987-ci il təvəllüdlü Mehman Rüstəmovun yaşadığı, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mənzildə ailə münaqişəsi zəminində arvadı Elvira Məmmədovanı bədəninin müxtəlif nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Mehman Rüstəmov hadisə zamanı xəsarət aldığından hazırda xəstəxanada müalicəsi davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA