04-06-2014 [20:19]
İsveçrə
Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq
Əmək Təşkilatının (BƏT) üzv-dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının
iştirakı ilə Beynəlxalq Əmək Konfransının 103-cü sessiyası keçirilir.
Sessiyanın iyunun 4-də keçirilən plenar iclasında Azərbaycan
Respublikasının əmək və əhalinin sosial
müdafiəsi naziri Səlim Müslümov çıxış edib.
Nazirlikdən Mia.az-a daxil olan məlumata görə, S.Müslümov iclasın mövzusuna uyğun olaraq, miqrasiya proseslərinin tənzimlənməsi, əməkçi miqrantların hüquqlarının təmin olunması ilə bağlı BƏT-in prinsiplərinin icrası sahəsində ölkəmizin malik olduğu uğurlu təcrübəni diqqətə çatdırıb. Nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan dayanıqlı sosial-iqtisadi tərəqqi, həmçinin qeyri-neft sektorunun davamlı inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin gəlirlərinin artımı barədə tədbir iştirakçılarına konkret göstəricilər əsasında məlumat verib: "Respublikada son on ildə iqtisadiyyata yatırılan investisiyaların həcmi 132 milyard dollar təşkil edib ki, bu məbləğin 80 faizi xarici investisiyalardan ibarət olub. 1,2 milyondan çox yeni iş yeri yaradılıb. Ölkədə işsizlik 5 faizədək, yoxsulluq səviyyəsi isə 5,3 faizədək azalıb”.
Nazir bildirib ki, Azərbaycanda davamlı
makroiqtisadi tərəqqi, investisiya fəallığının yüksəlməsi, beynəlxalq əhəmiyyətli
iri iqtisadi layihələrin işə salınması və digər amillər ölkəyə xarici əməkçi
miqrantların axının sürətlənməsinə səbəb olub. Azərbaycan demokratik və hüquqi
dövlət olaraq miqrant hüquqlarının təmin olunması ilə bağlı bir çox mühüm beynəlxalq
sənədləri ratifikasiya edib və miqrasiya sahəsində bir sıra ikitərəfli sazişlər
imzalayıb.
S.Müslümov
miqrasiya sahəsində aparılan siyasətdə multikulturalizmin rolu ilə bağlı
bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürməsi, multikulturalizmin həyat tərzinə çevrilməsi miqrasiya
sahəsində mütərəqqi beynəlxalq prinsiplərə uyğun uğurlu siyasətin aparılmasına
şərait yaradan əsas amillərdən biridir: "Azərbaycanın zəngin mədəni-mənəvi
irsi və tolerantlıq ənənələri əsas götürülərək, həmçinin cəmiyyətdə bu
istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsinin
zəruriliyi nəzərə alınmaqla, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən
cari ilin may ayında Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin yaradılması haqqında Fərman imzalanıb. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda
demokratik prinsiplər əsasında miqrantların hüquq və azadlıqlarının müdafiəsinə,
onların sosial müdafiəsinin təmin olunmasına xüsusi önəm verilir”.
Nazir tədbir iştirakçılarının diqqətini icazəsiz hərbi konfliktlərin və terrorizmin sosial hüquqların təmini, həm də yalnız bir ölkədə deyil, ümumən beynəlxalq müstəvidə sosial inkişaf perspektivləri üçün ciddi təhlükəyə çevrildiyinə yönəldib. S.Müslümov bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın ərazisinin 20 faizinin işğal olunması və bir milyondan artıq insanın doğma yurdlarından qovularaq məcburi miqranta çevrilməsi ölkənin sosial inkişafında, həm də BƏT-in müvafiq prinsiplərinin icrasında ciddi maneədir. Ona görə də bu problemin həlli istiqamətində beynəlxaq ictimaiyyətin səylərinin artırılmasına ehtiyac vardır.
Miqrasiya proseslərinin tənzimlənməsi və əməkçi miqrantların sosial müdafiəsinin inkişafında ikitərəfli və çoxtərəfli sazişlərin rolunu vurğulayan S.Müslümov işçi qüvvəsinin yerləşdirilməsi, qaçqın və məcburi köçkünlər, qeyri-leqal miqrasiya və s. ilə bağlı problemlərin həllində təxirəsalınmaz birgə tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.
Qeyd edək ki, iyunun 12-nə kimi davam edəcək
sessiyada BƏT-in Konvensiya və Tövsiyələrinin
icrası vəziyyəti, habelə "İcbari əmək haqqında” 1930-cu il Konvensiyasına dəyişikliklərin
edilməsi, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidin dəstəklənməsi,
məşğulluğun strateji məqsədləri və digər məsələlər müzakirə olunacaq.
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb