Qatarla “Opel” markalı avtomobil toqquşub

img

16-10-2023 [16:20]


Bu gün saat 13:10 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus lokomotiv 21 boş vaqon ilə Sumqayıtçay mənzilində dalan yolda hərəkətdə olarkən qorunmayan dəmiryol keçidini keçməyə cəhd edən dövlət qeydiyyat nişanı 50-EX-375 olan “Opel” markalı avtomobillə toqquşub.

Mia.az xəbər verir k, toqquşma nəticəsində xəsarət alan olmayıb:

"ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir"


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA