İqtisadiyyat İnstitutunun direktorunun oğlu vəzifədən çıxarıldı - Xankəndidəki şəklinə görə
16-10-2023 [14:01]
Özünü buraxdığını elan edən separatçı rejimin simvolu kimi tanınan Xankəndidəki abidənin önünə Azərbaycan bayrağı asması ilə gündəmə gələn Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanov işdən çıxarılıb.
Mia.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə qərar bir neçə gün əvvəl verilib. Onun işdən çıxarılmasının məhz həmin hadisə ilə bağlı olub-olmadığı barədə rəsmi məlumat yoxdur.
Yayılan xəbərlərlə bağlı Araz İmanov Bizim.Media-ya açıqlamasında bildirib ki, onun bu barədə məlumat vermək ixtiyarı yoxdur: “İşlədiyim yerdən dəqiqləşdirin. Məsələni rəhbərliklə dəqiqləşdirmək lazımdır. Mənim bu barədə məlumat vermək ixtiyarım yoxdur”.
Qeyd edək ki, A.İmanov sabiq deputat, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovun oğludur.
Onu da qeyd edək ki, 44 günlük II Qarabağ Müharibəsi dönəmində Araz İmanov sosial şəbəkələrdə ingilis dilindəki paylaşımları ilə aktivlik nümayiş etdirib.
Antiterror əməliyyatından sonra onun “Biz və bizim dağlar” abidəsi üzərində Azərbaycan bayrağı asıb foto paylaşması böyük marağa səbəb olmuşdu. Sonradan mediada A.İmanovun bu hərəkətinin daşıdığı vəzifəyə uyğun olmadığı barədə yazılar dərc olunmuşdu.
MİA.AZ
Xəzər TV-nin rəhbəri səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar
"ABŞ İranın Hörmüz boğazını bağlamaq qərarındakı qətiyyətini belə gözləmirdi" - "Tehran bu qəraı ilə Amerika və bölgə ölkələrini çaşdırıb"
Türkiyə gəmilərindən biri Hörmüz boğazından buraxıldı: "İrandan icazə aldıq və..." - "Zəngəzur dəhlizi bizi Uzaq Şərqə qədər çıxaracaq"
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir - FOTOLAR
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
Sabah hava necə olacaq? - Proqnoz
May ayında neçə gün rəsmi iş olmayacaq? - Dəyişiklik
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
Əli Əsədov MM-də quru sərhədlərindən danışdı: "Son hadisələr bu qərarın nə qədər əsaslı olduğunu göstərir"
Xətaidə qaydanı pozan “Ferrari” duracağa yerləşdiridi - VİDEO
64 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib
Vəkil Raul Ramazanov kollegiyadan çıxarıldı
Əli Əsədov Milli Məclisdə hesabat verdi
Tramp: "İranla bağlı proses çox sürətlə irəliləyir"
Lənkəran İcra Hakimiyyətində 49 vəzifə ləğv edilib
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
İraqda hərbi bazaya dron hücumu: fransız əsgəri həlak oldu - Makron sərt bəyanat verdi
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb
Ceyhun Bayramovla Pakistan XİN başçısı telefonda müzakirə aparıb
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu
İran XİN sözçüsü: "Elə bir şəkildə onları cəzalandırmalıyıq ki..."
Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BƏƏ Müdafiə Nazirliyi: "İrandan atılan 10 ballistik raket və 26 PUA zərərsizləşdirilib"
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb