Şimali Kiprli klub prezidenti İSBAM sədrini ofisində ziyarət edib - FOTOLAR

img

14-10-2023 [18:47]


Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla birgə Azərbaycana gələn adıçəkilən ölkənin tanınmış iş adamlarından olan "Group Companies"in sahibi, Kiprin "Alsancaq Yeşilova" İdman Klubunun başqanı Redif Nurel və qurumun media direktoru Eray Yavuk İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) ofisini ziyarət ediblər.

Bu barədə Mia.az-a açıqlama verən İSBAM sədri Samir Adıgözəlli bildirib ki, ziyarətinə görə qardaş ölkənin Azərbaycan sevdalısı olan klub prezidentinə dərindən təşəkkür edib: "Əlbəttə, cənab Redif Nurel və Eray Yavukun bizi ofisimizdə ziyarət etmələri qürurvericidir. Buna görə, onlara təkrar təşəkkür edirəm".

Mərkəz sədrinin sözərinə görə, görüşdə iki ölkə arasında münasibətlərin inkişafı və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tahir Şəlvəli

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA