Prezident İlham Əliyev yeni - 4-cü Respublikanı qurdu - Zahid Oruc (VİDEO)
12-10-2023 [17:18]
Zahid ORUC,
Milli Məclisin Komitə sədri,
Sosial Tədqiqatlar Mərkəzinin sədri
***
15 oktyabrda hakimiyyət birinciliiyinə gələn İlham Əliyevin gücü söykəndiyi Heydər Əliyev kursunda olsa da, sovet və müstəqillik illərində əvəzolunmazlaşan Ulu öndərin obrazı oğul Əliyevə həm də maneə idi.
Uzun illər bir liderin idarəçilik üslubuna öyrəşən, onu ideallaşdıran və tərənnüm edən bir millət üçün “Heydər Əliyevdən sonra..." ifadəsi böyük bir boşluğu əks etdirirdi, rəhbərliyə kim gəlsəydi, ata Əliyevin kölgəsində qalacaqdı. Lakin İlham Əliyev nəinki əvvəlki siyasi irsi mexaniki təkrarlamadı, üstəlik rəngli inqilablar və qlobal təhlükələr dövründə onu daha da zənginləşdirdi, bəzən önə keçdi və 17 illik parlaq idarəçiliyi Zəfərə qovuşdurdu. Beləliklə, İlham Əliyev Ulu öndərin SSRİ və müstəqillik dövründəki rəhbər titiullarını xalqın nəzərində diri saxladı, onu mənəvi və siyasi baxımdan canlı tutdu.
Vaxtilə Konrad Adenauer kiçik qələbələrlə millətini məğlubiyyət şokundan çıxardığı kimi, İlham Əliyevin mədəniyyətdən idmana, sivilizasiyalararası dialoqdan humanitar forumlara qədər bütün tədbir və görüşlərinin, qərar və sərəncamlarının tək bir məqsədi vardı-torpaq bütünlüyü və suverenliyin təminatı. Son 300 ildə xalqımıza bəlalar gətirən yad ideologiyalar, baxışlar, dövlətlərarası sövdələşmələr, informasiya müharibələri və qlobal siyasi kampaniyalar onun müqavimət gücü ilə sonda iflasa uğradı. 87-ci ilin Humanite jurnalı, Abel Aqanbekyan, Mixail Qorbaçov və sovet elitası, 20 yanvarı alqışlayan Amerika və Fransa rəhbərləri, Qərb mediası, son 30 ildə əleyhimizə yer alan 100-lərlə qüvvə də indi məğlublar sırasındadır. Lakin qələbəmizin tərəfdarları daha çoxdur.
Tarixi düzgün oxumaq, bir çox şərqli rəhbərlər kimi keçmişə hissi-emosional deyil, rasional yanaşmaq-Pənahəli xandan Rəsulzadəyə, Nərimanovdan, Bağırovdan, Elçibəydən Ulu öndər Heydər Əliyevə qədər müxtəlif formasiya və ideologiyalarda xalqımıza rəhbərlik edən şəxslərin yarımçıq qalan ideallarını gerçəkləşdirən İlham Əliyev əsrlərin lideri oldu. Bəli, 45 günlük müharibədə qazanılan Zəfər, Zamanı və yaşadığımız yüz ili aşdığına görə dövlət başçısının statusu normativ prezident və Ali Baş Komandan titulundan daha üstündür. İlham Əliyev 45 günlük müharibədə qazanılan parlaq Zəfərlə milyonlarla azərbaycanlını 20 faizlik natamamlıqdan xilas etdi, bütöv vətəndaşla yeni-4-cü Respublikanı qurdu. Cümhuriyyət, sovet dövrü, müstəqilliyin ilk illərindən ta 2020-ci ilə qədər ölkənin və xalqın siyasi təcümeyi-halı son 3 ilin dövləti ilə eyni deyil və biz fərqli milli kimliyə, yeni Respublikaya qovuşmuşuq. 8 noyabr Zəfər və 20 sentyabr “Bütövlük günü” 4-cü Respublikanın təvəllüd tarixidir. İndi fərqli siyasi təqvim-sülh erası başlayır. Əslərdir axan qan və göz yaşları nəhayət, durur və yeni ədalətli dünya nizamının əsası Qafqazda qoyulur.
Rusiya-Ukranya savaşına, yaxud böyük siyasi qəzaya çevrilən Qəzzadakı qanlı toqquşmalara son qoyulması üçün adil vasitəçiliyi haqq edən də İlham Əliyevdir. Yaxın Şərqdə savaşın şiddət və amansızlığı qələbəmizin əzəmətini, Azərbaycanın müharibəni ləyaqətlə apardığını və yeni hərbi qanunlar yazanlar üçün əsil Bakı Konvensiyasını dünyaya nümayiş etdirir.
İlham Əliyevin liderliyi təkcə ötən 20 ilin deyil, daha çox gələcəyin-2044-cü ilin Azərbaycanının aydın üfüqlərini yaradır. Nəinki ölkəmizin, eləcə də bölgəmizin sabahı İlham Əliyevin gələcək 20 illik kursundan asılıdır. Qələbəmizdən sonra yaranacaq yeni birliklərdə Azərbaycan əsas söz sahibidir. Bakı, Tiflis və İrəvan arasında tarixi bağlar bərpa olunduqca, 200 il sonra ermənilər və bütün region xalqlarını iqtisadi rifaha qovuşduran arteriyalar açıldıqca, 200 km qısalan qədim yollar dirçəldikcə, dünya erməniçiliyi Azərbaycanla birgə sülhün və rifahın inşasına qoşulacaqlar. Qafqazın Marşal planı Qarabağda və dünyada sülh şüarı ilə barışın coğrafiyasını genişləndirəcək, ermənilər mifik tarixdən, Sprük və Miatsumdan qurtularaq Ermənistanı da xilas edəcəklər!
Heydər Əliyevin yubileyində qazandığımız Qurtuluş və Xilaskarlıq Türkiyə Cümhuriyyətinin 100 ili ilə eyni siyasi mənanı daşıyır və “Azərbaycanın möhtəşəm 100 ili” adlana bilər. Əslərdir bölgəmizə fəlakət gətirən “parçala və hökmr sür” siyasəti Əliyevin “birləşdir və firavan et” kursu ilə əvəz olunur. Bəli, qalib dövlətin ordusu qədər, sülh siyasəti də güclü olmalıdır. Qafqaz xalqlarında nəsildən-nəslə ötürülən düşmənçilik mirasını durdurmaq da hərbi Zəfər qədər əhəmiyyətlidir.
Ötən əsrin 30-cu illərində Böyük depressiyadan sonra “Amerika arzuları” formalaşdı. Qonşu gürcülər də eyni adı seçdilər. 1987-ci ildə nifaq və düşmənçilik Ocağı yazan, onu yandıranları məğlub edəndən sonra Azərbaycan arzuları tam gerçəkliyə çevrildi: Savaşı harada başlanıbsa, orada-Topxanada bitirən millətimizin arzuları Barış və Sülh üçün Ocaq yandırmaqdır.
MİA.AZ
Xəzər TV-nin rəhbəri səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar
"ABŞ İranın Hörmüz boğazını bağlamaq qərarındakı qətiyyətini belə gözləmirdi" - "Tehran bu qəraı ilə Amerika və bölgə ölkələrini çaşdırıb"
Türkiyə gəmilərindən biri Hörmüz boğazından buraxıldı: "İrandan icazə aldıq və..." - "Zəngəzur dəhlizi bizi Uzaq Şərqə qədər çıxaracaq"
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir - FOTOLAR
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
Sabah hava necə olacaq? - Proqnoz
May ayında neçə gün rəsmi iş olmayacaq? - Dəyişiklik
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
Əli Əsədov MM-də quru sərhədlərindən danışdı: "Son hadisələr bu qərarın nə qədər əsaslı olduğunu göstərir"
Xətaidə qaydanı pozan “Ferrari” duracağa yerləşdiridi - VİDEO
64 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib
Vəkil Raul Ramazanov kollegiyadan çıxarıldı
Əli Əsədov Milli Məclisdə hesabat verdi
Tramp: "İranla bağlı proses çox sürətlə irəliləyir"
Lənkəran İcra Hakimiyyətində 49 vəzifə ləğv edilib
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
İraqda hərbi bazaya dron hücumu: fransız əsgəri həlak oldu - Makron sərt bəyanat verdi
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb
Ceyhun Bayramovla Pakistan XİN başçısı telefonda müzakirə aparıb
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu
İran XİN sözçüsü: "Elə bir şəkildə onları cəzalandırmalıyıq ki..."
Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BƏƏ Müdafiə Nazirliyi: "İrandan atılan 10 ballistik raket və 26 PUA zərərsizləşdirilib"
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb