Ərəb Liqası: "Qəzzada fələstinlilərin qətliamı durdurulmalıdır"

img

12-10-2023 [00:04]


Ərəb Liqası İsrailin blokada altında olan Qəza bölgəsinə hücumunu müzakirə etmək üçün Misirin paytaxtı Qahirdə Xarici İşlər Nazirliyi səviyyəsində fövqəladə iclas keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iclasda çıxış edən Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt Qəzzada fələstinlilərə qarşı kütləvi qətliam törədildiyini iddia edib.

Baş katib deyib ki, bu, dərhal dayandırılmalıdır: "Biz Qəzzada qırğına məruz qalan fələstinlilərlə həmrəyik. Bu gün də bu həmrəyliyimizi göstərmək ümün toplanmışıq".

Baş katib liqa adından bəyanat qəbul edəcəklərini vurğulayıb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR